Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
“2019-cu ildə 690 milyona yaxın insan aclıq həddində yaşayıb, 2020-ci ildə isə 130 milyondan çox insan Covid-19 pandemiyası səbəbindən xroniki aclıqdan əziyyət çəkə bilər”.
Ovqat.com-un məlumatına görə, BMT-nin “Ümumdünya ərzaq təhlükəsizliyi" hesabatında belə deyilir.
Birləşmiş Millətlər Təşkilatının Roma təsisatları - Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP), Kənd təsərrüfatının inkişafı Beynəlxalq Fondu (IFAD), Birləşmiş Millətlər Təşkilatının Uşaqlara yardım Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən hazırlanmış birgə hesabatda qeyd edilir ki, dünyada ac insanların sayı ötən bir ildə 10 milyon artıb (2018-ci illə müqayisədə 2019-cu ildə 690 milyona çatıb).
İddiaya görə, aclıq say etibarilə Asiyada daha çox müşahidə edilir, Afrikada isə sürətlə yayılır. Asiyada 381 milyon, Afrikada 250 milyon və Latın Amerikası və Karib hövzəsində isə 48 milyon insanın aclıqla imtahana çəkildiyi bildirilir.
Hesabatın müəllifi olan 5 təşkilat 2015-ci ildə hazırladıqları lahiyədə 2030-cu ilə qədər dünyada aclığa son qoymağı hədəfləmişdilər. Üzərindən 5 il keçdikdən sonra “sıfır aclıq” adlanan bu hədəfin reallaşmasına indi onların özləri də şübhə ilə yanaşırlar. Dünən yayınladıqları hesabatda 2030-cu ilə qədər ac insanların sayının 840 milyonu keçə biləcəyini vurğulayan təşkilatların fikrincə, keyfiyyətli və müntəzəm qidalanmayanlar isə daha çox olacaq.
“Təkcə 2019-cu ildə 2 milyard insan etibarlı və yüksək ərzaq təhlükəsizliyindən əziyyət çəkib, onların təhlükəsiz və yetərli qidaya müntəzəm qovuşmaq imkanına malik olmadıqları təxmin edilir”, - hesabatda belə deyilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar