Xəbər lenti
 

Xarici işlər naziri Ceyhun Bayramovun və Macar həmkarı Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətlərinin geniş tərkibdə ikitərəfli görüşü keçirilir.
 
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
 
Bundan əvvəl isə C.Bayramovun Macar həmkarı Peter Siyarto ilə təkbətək görüşü olub.
 


Ovqat.com-un qeydləri
 
Maraqlıdır ki, yeni Xarici İşlər nazirinin öz Macar həmkanı qəbul etdiyi kabinet Elmar Məmmədyarovun ara-sıra şəkil çəkdirib paylaşdığı və bu zamanadək gözümüzün öyrəşdiyi məkandan fərqliliyi ilə seçilirdi. Yeni nazirin “bismillah”ını etdiyi kabinet həm dar, həm də fərqli mebel dəsti ilə dizaynı ilə diqqəti cəlb edirdi. Ən əsası isə, onun yanında XİN-dən tanıdığımız simalar da yoxdu. Bu zamanadək Elmar Məmmədyarovun əməllərinə “şəxsi işidir, sizə nə” deyib haqq qazandıran sözçüsü Leyla Abdullayeva da gözə dəymirdi. 
 
Bir sözlə, Ceyhun Bayramovun ilk görüşünün təəssüratları iki versiyanı ağla gətirir: bu görüş XİN-də, yoxsa Təhsil Nazirliyində keçirib? Ceyhun Bayramov köhnə komandadan heç kimi yanına almamaqla Elmar Məmmədyarovun diplomat çetesinə hansısa mesajımı vermək istəyir?
 


Elmar Məmmədyarovun komandasının, Prezidentin təbiriylə desək, “5-ci kolon” üzvlərindən və diplomat cildinə girmiş korrupsionerlərdən təşəkkül tapdığını nəzərə alsaq, sonuncu versiya kənara atıla bilməz. Görünən budur ki, yaxın günlərdə XİN-də yarpaq tökümü başlayacaq. Amma bir qorxulu ehtimal var ki, əvvəlki təcrübələrdə olduğu kimi, Ceyhun müəllim də Təhsil Nazirliyinin rəhbər heyətini XİN-ə transfer etsin. Belə olarsa, Azərbaycan Pedoqoji Universitetinin adını dəyişib Diplomatiya Akademiyası qoymaq struktur islahatının tam mahiyyətinə uyğun olar. 
 
P.S. Yeri gəlmişkən yeni nazirin “bismillah” görüşü XİN-nin rəsmi saytında işıqlandırılmayıb. Bunu necə başa düşmək olar: Köhnələrin yeniyə etimadsızlığı, yoxsa yenilərin köhnələrdən xəbərsiz iş tutması kimi?


Ana səhifəyə qayıt        Baxış: 5 679          Tarix: 17-07-2020, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma