Xəbər lenti
Bu gün, 21:44
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
2016-cı ilin aprelindən etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı gərginləşməsi bir daha göstərdi ki, "nə müharibə, nə sülh" vəziyyəti zahirən sabit görünə bilər, amma istənilən hadisə, hətta təsadüfi atəşkəsin pozulması tərəflərin genişmiqyaslı toqquşmasına gətirib çıxara bilər.
Ovqat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Gülşən Paşayeva Rusiyanın “Vestnik Kavkaza” nəşrində dərc olunan “Minsk Qrupu üçün “B” planı” sərlövhəli məqaləsində belə yazıb.
Gülşən Paşayeva,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü
Məqalədə deyilir:
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin fikrincə, hələ ötən ilin sentyabrında baş nazir Nikol Paşinyanın bir sıra radikal və populist bəyanatlarından sonra münaqişə post-müqavilə dövrünə qədəm qoyub və Paşinyanın "xarici düşmənlə mübarizə üçün cəmiyyəti səfərbər etmək məqsədilə" başlayacağı yeni müharibə ilə nəticələnə bilər"2
Hər bir obyektiv müşahidəçiyə aydındır ki, Azərbaycan Ermənistanla sərhəddində, xüsusən də öz əsas nəqliyyat kommunikasiyaları və neft-qaz boru kəmərləri yaxınlığında hərbi əməliyyatlar keçirməkdə maraqlı ola bilməzdi. Həmçinin, görünən odur ki, bu regionda qarşıdurmaları təcavüz aktı kimi təqdim etməklə, daha sonra isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü əsas gətirməklə alyansın digər iştirakçılarının da münaqişəyə cəlb olunması İrəvanın maraqlarına cavab verir.
Buna baxmayaraq, dörd il əvvəl baş vermiş hadisələrdən fərqli olaraq, hərbi əməliyyatlar bilavasitə Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə həyata keçirildi. Baş verənləri şərh etməyə çalışan siyasətçilər, ekspertlər və KİV nümayəndələri bir çox versiya irəli sürüblər. Lakin həqiqətdən daha çox müəlliflərinin maraqlarının interpretasiyası olan bu versiyalar baş verənlərin əsas səbəbini – erməni tərəfinin yaranmış status-kvonu dəyişmək istəməməsini bilərək və ya bilmədən nəzərə almır.
Qədim romalıların təbirilə, “kimə faydalıdırsa, edən odur” (is fecit, cui prodest) məntiqindən və hərbi avantüranın birbaşa təsirlərindən hərəkət edərsək, Paşinyan son gərginliyin əsas benefisiarı kimi görünür.
Birincisi, Paşinyanın məsuliyyətsiz bəyanatları və hərəkətləri ilə danışıqlar prosesi dalana dirəndikdən sonra2 sərhəddə vəziyyətin gərginləşməsi ona danışıqların iflasa uğramasına görə məsuliyyəti öz üzərindən atmağa və ATƏT-in Minsk Qrupu həmsədrlərinin gözündə Azərbaycanı münaqişənin sülh yolu ilə həllinə qarşı çıxırmış kimi təqdim etməyə imkan verə bilərdi. Məhz buna görə də o, son günlər güc tətbiqindən və ya onun tətbiqi təhlükəsindən açıq şəkildə imtina edir, ATƏT-in Monitorinq imkanlarının genişlənməsi, sülh danışıqlarının alternativsizliyinin tanınması barədə ultimativ tələblər irəli sürür3. Lakin Ermənistana beynəlxalq təzyiq göstərilməməsi şəraitində bu tədbirlər yalnız ədalətsiz status-kvonun möhkəmlənməsinə kömək edəcək.
İkincisi, silahlı qarşıdurma Paşinyana son zamanlar koronavirus pandemiyasının nəticələri fonunda ölkə daxilində kəskinləşən sosial-iqtisadi və siyasi vəziyyəti bir qədər sabitləşdirməyə kömək edir. Təsadüfi deyil ki, Ermənistanı tez-tez dəstəkləyən rusiyalı siyasətçi Konstantin Zatulin belə, regionda qarşıdurmaya dair fikirlərini bildirərək deyib: "Ermənistan hakimiyyəti daxili siyasətdə çoxlu səhvlər buraxıb, daxildə daxili siyasi mübarizə, həbslər, saxlanmalar, məhkəmə sistemində islahatlar ilə bağlı gərgin vəziyyət yaradıb". O həmçinin bildirib ki, Paşinyan hakimiyyəti "bu yolla ölkədə istənilən müxalif qüvvələri və tənqidi fikirləri ortadan qaldırmaqda maraqlı ola bilər”.
Üçüncüsü, Paşinyanın özünün etiraf etdiyi kimi, Ermənistan-Rusiya münasibətlərində "problemlər də, məsələlər də, gündəlik müzakirə mövzuları da mövcuddur"5. Ermənistan Baş naziri bu problemlərin bir hissəsini ənənəvi olaraq Rusiya silahının Azərbaycana tədarükü ilə əlaqələndirir, eyni zamanda KTMT-nin imkanlarından "Dağlıq Qarabağ ətrafında yeni gərginliyin qarşısının alınması üçün" istifadə etməyə çalışır6. Təbii ki, münaqişənin qızışması Rusiya və KTMT-yə üzv olan digər ölkələrin ünvanına növbəti iradların səsləndirilməsi üçün çox əlverişli fürsətdir.
Dördüncüsü, Paşinyan Serj Sarqsyan rejiminə qalib gələ bilməsinin rahatlığından doğan eyforiyasını davam etdirir. Lakin o, Ermənistanın qarşısında duran ciddi çətinlikləri açıq şəkildə qiymətləndirmir, əks halda, real piar-aksiyalar siyasətini dəyişdirməz, hər bir addımda "qeyri-zorakı məxməri xalq inqilabı"nı tərifləməz, onun metod və ritorikasını həm iqtisadiyyata, həm də beynəlxalq münasibətlər sahəsinə keçirməyə çalışmazdı. Baş verən hadisələrdə bəzi fərdi amilləri nəzərə alsaq, görərik ki, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların Ermənistan Baş naziri Paşinyanın oğlunun ordudan tərxis olunandan cəmi üç gün sonra başlaması təsadüfi deyil8.
İstənilən halda, bu gün biz Paşinyanın "inqilabi hərəkətləri"nin birbaşa nəticələrini müşahidə edirik; insanlar həlak olur, danışıqlar prosesinə ciddi ziyan dəyir və müxtəlif ölkələrdə Ermənistan və Azərbaycanın diaspor təşkilatlarını əhatə edən qarşıdurmanın miqyası genişlənir. Bir sıra Avropa paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qruplaşmalarının nümayəndələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, həmçinin Azərbaycanın diplomatik nümayəndəliklərinə və onların əməkdaşlarına qarşı vandalizm aktları törədilib, nəticədə yaralananlar və xəsarət alanlar var9.
Son zamanlar bir sıra postsovet ölkələrində, o cümlədən Rusiyada da Ermənistan və Azərbaycan diasporlarının nümayəndələrinin toqquşması müşahidə edilir.
Rusiyalı politoloq Qriqori Trofimçuk qeyd edir ki,"ermənilərlə azərbaycanlılar arasında hazırkı gərginlik Qarabağ danışıqlarında hökm sürən uzunmüddətli formalizmin birbaşa nəticəsidir". O hesab edir ki, "əgər problem diplomatik yolla həll olunmursa, o, avtomatik olaraq qeyri-sivil formalara çevrilir" və bu kontekstdə "Rusiya da daxil olmaqla, bütün dünyanın Ermənistan-Azərbaycan gərginliyini ortadan qaldırması daha da çətinləşə bilər"10.
Bununla yanaşı, ATƏT-in Minsk qrupu son bəyanatında gözlənildiyi kimi, "tərəfləri münaqişənin hərtərəfli həllinin tapılması üzrə ciddi substantiv danışıqlara hazırlaşmaq üçün fəal hərbi əməliyyatları dayandırmağa" çağırıb11. Həmsədrlər öz çağırışlarında 9 mart 2019 - cu il tarixli12 bəyanata istinad edir və bu bəyanatda ifadə edilmiş prinsip və elementləri (faktiki olaraq söhbət Madrid prinsiplərindən gedir) onların vasitəçilik səylərinin əsası kimi qiymətləndirirlər.
Zahirən bu postulat kifayət qədər inandırıcı görünür, bəs belə olan halda tərəflər nə üçün hələ də sülh nizamlanmasından uzaqdırlar? Cavab sadədir: münaqişə tərəflərinin uzun illərdir müzakirə etdikləri üç prinsip və altı element ciddi yol xəritəsi deyil, nə implementasiya mexanizmini, nə də nizamasalmanın ağlabatan vaxt çərçivəsini özündə ehtiva etmir. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupundan "daha ciddi, konkret və məqsədyönlü bəyanatlar" gözlədiyini dəfələrlə vurğulayıb. Bununla əlaqədar olaraq, Azərbaycan yalnız həmsədrləri deyil, həm də ATƏT-in Minsk qrupunun digər üzvlərini "danışıqlar prosesinin predmetinə fokuslanmağa" çağırır14.
Düşünmək olar ki, yaranmış şəraitdə ATƏT-in Minsk qrupu oturuşmuş yanaşmanın perspektivsiz olduğunu dərk edəcək və "B" planına keçməklə Madrid sənədinin "təkliflər paketi" kimi formal görünən daxili ziddiyyətləri aradan qaldıracaq. Çünki ilkin mərhələdə Dağlıq Qarabağın statusu ilə bağlı mürəkkəb məsələnin həlli sadəcə mümkün deyil.
Məhz bu cür ardıcıllığın olması Madrid sənədini dərhal əsl yol xəritəsinə çevirəcək ki, bu da "mərhələli" və ya "paket" həll variantı mövzusunda spekulyasiyaları dayandırmağa imkan verəcək, "substantiv danışıqlar" kimi abstrakt termini konkretləşdirəcək və ən başlıcası isə, münaqişə tərəflərindən hansının konstruktiv danışıqlara hazır olduğunu, hansının isə bu prosesi sonsuza qədər imitasiya etməyə üstünlük verdiyini aydın şəkildə göstərəcək.
Tərcümə Ovqat.com-a aiddir
----
[1] Фарид Шафиев: Азербайджан и Армения вступили в "пост-переговорный" период по Карабаху, Report.az, 25 сентября 2019 г.
[2]Гюльшен Пашаева. От Мадридских принципов до мюнхенского тупика. "Вестник Кавказа", 9 июля 2020 г.
[3] В сложившейся ситуации очень важно расширение мониторинговых возможностей ОБСЕ: Пашинян провел телефонный разговор с генсеком ООН. Azatutyun.am, 22 июля 2020 г
[4]Затулин: Кто-то в ОДКБ поспешил заявить о заседании Постоянного совета, не разобравшись в ситуации. News.am, 15 июля 2020 г
[5]Пашинян: Армения и Россия ещё не достигли пика эффективности отношений. Eadaily.com, 6 мая 2020 г.
[6]Пашинян: Позиция руководства Азербайджана опасна для безопасности стран-членов ОДКБ. Аzatutyun.am, 28 ноября 2020 г.
[7]Пашинян объявил "армянскую экономическую революцию". "Вестник Кавказа", 12 февраля 2020 г.
[8] Под обстрелом. Зачем мог понадобиться конфликт на армяно-азербайджанской границе. Lenta.ru, 14 июля 2020 г.
[9]Состоялась встреча в формате видеоконференции с главами наших дипломатических представительств и консульств, столкнувшихся с провокационной деятельностью армян в зарубежных странах. Аzertag.az, 25 июля 2020 г.
[10] Российские политологи об армяно-азербайджанском кровопролитии в Москве. Haqqin.az, 26 июля 2020 г.
[11], [12] Press Statement by the Co-Chairs of the OSCE Minsk Group and Personal Representative of the OSCE Chairperson-in-Office, osce.org, 24 July 2020 -
[13] Ильхам Алиев принял участие в открытии модульного госпиталя для лечения больных коронавирусом. President.az, 6 июля 2020 г.
[14] «Азербайджан привержен предметным переговорам в рамках Минской группы ОБСЕ». Помощник президента Азербайджана Хикмет Гаджиев — о причинах и последствиях обострения на границе. Kommersant.ru, 23 июля 2020 г.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar