Xəbər lenti
 
 
“Dağlıq Qarabağ: icma dəyərləri separatçılığı dəstəkləmir”- Ovqat.com xəbər verir ki,  “EURACTIV Italia” nəşrinin Dağlıq Qarabağdan bəhs etdiyi yazı belə adlanır.
 
Məqalədə deyilir:
 
Bu məqaləni Simone Zoppellaronun “Ermənistanla Azərbaycan arasındakı münaqişə və Avropa İttifaqının vəzifələri” sərlövhəli yazısına cavab olaraq dərc edib. Məqalənin müəllifi Daniel Pommier Vinçelli siyasi proseslərin sosiologiyası üzrə tədqiqatçı, Roma Sapienza Universitetinin Siyasi inkişaf və demokratik keçid kafedrasının dosentidir.
***
Simone Zoppellaronun Ermənistanla Azərbaycan arasında 2020-ci ilin iyulunda baş vermiş hərbi əməliyyatlarla bağlı məqaləsi birmənalı olaraq, tərəfkeşlikdir. Müəllif “Euractiv” kimi tərəfsiz nəşrdə belə məqalə ilə çıxış etməklə, Ermənistan tərəfinin müddəalarına açıq dəstək verir, Azərbaycanın addımları, ümumiyyətlə, bu dövlətin özü haqda mənfi rəy yaradır. Doğrudur, burada qanunsuz heç nə yoxdur. Hər kəs öz mövqeyini ortaya qoymaqda, hətta bunu “Euractiv” kimi geniş şəbəkədə etməkdə sərbəstdir. Lakin bu, o zaman qanuni olur ki, müəllif öz fikirlərini ifadə edən zaman şəxsi müşahidələrinə əsaslansın. Xüsusilə, müəllifin fikirləri obyektiv məlumatlara, elmi təhlillərə əsaslanmalıdır.
 
Müəllif yazısının əvvəlində Azərbaycanı, rəsmi Bakını millətçi davranış sərgiləməkdə günahlandırır, iddia edir ki, ölkə öz daxili çətinliklərini xarici düşməninin – hazırkı vəziyyətdə Ermənistanın üzərinə atmaqla, aqressivlik nümayiş etdirir. Araşdırmaçılar bunu “birlik effekti sindromu” və ya “eyni bayraq altında toplaşma sindromu” adlandırır.
 
Lakin əvvəla, bu iddiaların heç bir sübutu yoxdur. Müəllif “daxili problemlər”dən danışarkən ölçü vahidlərindən biri kimi COVID-19 pandemiyasını nəzərdə tutursa, Ümumdünya Səhiyyə Təşkilatının məlumatları Ermənistanda pandemiya ilə bağlı vəziyyətin qonşu Azərbaycandakından xeyli ağır olduğunu göstərir. Ermənistan əhalisinin Azərbaycan əhalisindən üç dəfə az olmasına baxmayaraq, burada yoluxma və ölüm halları Azərbaycandakından çoxdur. Təsadüfi deyil ki, İtaliya iyulun 9-dan ölkəyə girişi tamamilə qadağan edilən vətəndaşlar siyahısına Azərbaycan yox, məhz Ermənistan vətəndaşlarını daxil edib. Nəticədə ortaya sual çıxır: COVID-19 ölkələrin daxili sabitliyini müəyyənləşdirmək üçün ölçü vahididirsə, niyə “birlik effekti sindromu”na Ermənistan yox, Azərbaycan yoluxur?
 
Zoppellaro məqaləsində Azərbaycanın xarici işlər nazirinin dəyişdirildiyindən də bəhs edir. Halbuki, Azərbaycanda demək olar iki ildir ki, önəmli kadr islahatları gedir. Bu islahatlar əsasən Qərbdə yetişmiş kadrlardan yeni hakim sinifin yaranmasına hesablanıb. Maraqlıdır ki, Ermənistanda 2018-ci ildə baş vermiş inqilabdan sonra durmadan bu ölkəyə müsbət don geydirməyə çalışan Zoppellaro Azərbaycandakı bu islahatlardan bir kəlmə belə, yazmır.
 
Yeri gəlmişkən, Paşinyanın hakimiyyətə gəlişi Azərbaycanda da belə demək mümkünsə, həyəcan yaratmışdı. Hər kəs düşünürdü ki, o, ölkənin “Qarabağ klanı”nı təmsil edən əvvəlki hakimiyyətinin təcavüzkar mövqeyindən əl çəkəcək. Lakin, Paşinyanın köhnədənqalma millətçı ritorikanı davam etdirməsilə, bu ümidlər qısa vaxtda yox olub.
 
Zoppellaronun konkret olaraq Dağlıq Qarabağ münaqişəsilə bağlı fikirlərisə xüsusilə qərəzli və gülüncdür: sən demə, başda Avropa İttifaqı olmaqla, beynəlxalq birlik Dağlıq Qarabağın müstəqilliyini tanıyır, bu isə özlüyündə demokratiyaya böyük keçid, vətəndaş cəmiyyətinin inkişafı deməkmiş! Kosovo məsələsində olduğu kimi!
 
 
Halbuki, Dağlıq Qarabağ adlı respublika Ermənistanın özü də daxil olmaqla, heç bir dövlət tərəfindən tanınmayıb! Üstəlik, bu regiondakı “demokratik proseslər” və “vətəndaş cəmiyyəti” haqda Ermənistanın özündə belə, ciddi şübhələr var! Bunu, “Eurasianet”də bir neçə ay əvvəl dərc olunmuş məqalədən (https://eurasianet.org/karabakhs-elections-end-in-a-whimper) də anlamaq mümkündür.
 
Bütün bunlarla yanaşı, Zoppellaro məqaləsində iki əsas məqamı “unudur”. İki ölkə arasında 1992-1994-cü illərdə baş vermiş müharibə 1 milyonadək azərbaycanlının Dağlıq Qarabağ və ona bitişik 7 rayondan sürgün edilməsilə nəticələnib. Üstəlik, bu ərazilər hələ də Ermənistanın işğalı altındadır. Müəllif bu qədər qaçqından, onların geri dönmə haqqından bir kəlmə də danışmır. Hətta onun məqaləsində qaçqınların dəqiq sayı belə, göstərilmir.
 
İndi, mən sual verirəm: dünyada misli görünməmiş etnik təmizləmənin həyata keçirildiyi tam monoetnik bölgədə hansı vətəndaş cəmiyyətindən, hansı hüquqlardan söhbət gedə bilər?
 
İkincisi, Dağlıq Qarabağın müstəqilliyi haqda danışmaq nəinki ədalətsizlik, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən tam qeyri-qanunidir! Mən Zoppellaroya professor Natalino RonzittininDağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” (Cappikelli nəşriyyatı, 2014) adlı kitabını oxumasını tövsiyə edirəm. Kitabda müəllif məsələnin nə yerdə olduğunu çox gözəl izah edir. Qısaca onu deyim ki, Dağlıq Qarabağın sayca azlıq təşkil edən erməni icması muxtariyyət, özünüidarə, mədəni, dil və sosial hüquqlarını qoruma haqqına sahibdir. Amma bu, dövlətlərin ərazi bütövlüyü prinsipindən üstün deyil. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də var. Odur ki, daxili muxtariyyətdən danışdıqda ölkəmizin Cənubi Tirol məsələsiə bağlı siyasətini yada salmaq lazımdır. Obrazlı ifadə etsək, separatçı balıqların üzdüyü su qurudulmalıdır.
 
2020-ci ilin ortalarındayıq. Bu dövrdə kiminsə çıxıb icma dəyərlərinə sadiq bir mətbu orqanda separatçılığa dəstək verməsi sadəcə, inanılmazdır. Separatçılıq münaqişələrin, xaosun, vətəndaş cəmiyyətinin çöküşünün əsas carçısıdır.
 


Ana səhifəyə qayıt        Baxış: 3 595          Tarix: 4-08-2020, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma