Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Cənubi Qafqazın özünü müstəqil elan etmiş bölgəsi – Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında 30 ildir ki, münaqişə mənbəyidir. Ötən illər ərzində münaqişənin həllinə çoxsaylı cəhdlər edilsə də, sülh danışıqları “sürünür”. Arxa planda isə Rusiya ilə Türkiyənin əli görünür…
Ovqat.com xəbər verir ki, Fransanın Rfi.fr nəşrinin analitiki Romen Filip qələmə aldığı “Dağlıq Qarabağ: Qafqazın tanınmayan “barıt çəlləyi”” sərlövhəli məqaləsində belə yazır.
Məqalədə deyilir:
Təxminən otuz ildir davam edən münaqişənin silahlı qarşıdurma mərhələsi tərəflər arasında illər öncə imzalanmış atəşkəs sazişilə bitmişdi. Lakin son həftələrdə Ermənistanla Azərbaycan arasında zorakılıq qəflətən bərpa olunub. Doğrudur, iyulun 12-də başlamış və hər iki tərəfdən 20-dək insanın həyatına son qoymuş toqquşmalar bu dəfə Dağlıq Qarabağ regionundan xeyli uzaqda baş verib. Amma münaqişənin əsas səbəbi yenə də 1991-ci ildə özünü müstəqil elan etmiş Dağlıq Qarabağ bölgəsidir.
Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması haqda qərar 1921-ci ildə Stalin tərəfindən verilib. Ərazisi Fransanın bir departamenti boyda olan bu bölgə əhalisinin əksəriyyətini ermənilər təşkil edib. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı müstəqil respublika elan edib. Lakin onun nüstəqilliyi BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayıb. Beləliklə, Azərbaycan Dağlıq Qarabağa nəzarəti geri qaytarmağa çalışır, nəticədə zaman-zaman tərəflər arasında silahlı toqquşmalar baş verir.
Bitmək bilməyən münaqişə və əlçatmaz görünən sülh
Münaqişənin lap əvvəlində öz torpaqlarına nəzarəti geri qaytarmağa çalışan Azərbaycanla Ermənistan arasında şiddətli döyüşlər baş verib və müharibədə Ermənistan qalib gəlib. 1994-cü ildə tərəflər atəşkəs sazişi imzalayıb. Doğrudur, söhbət kifayət qədər kövrək atəşkəsdən gedir. Lakin istənilən halda, bu, müharibənin dayanması ilə nəticələnib. O zamanadək münaqişə nəticəsində 30 min nəfər ölmüş, minlərlə insan köçkünə çevrilmişdi.
Beynəlxalq ictimaiyyətin məsələyə müdaxiləsi 1992-ci ildə başlayıb. Həmin il ATƏT problemin həlli üzrə danışıqların aparılması üçün Minsk qrupu adlı qurum yaradıb. Beynəlxalq vasitəçi olan qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir. O vaxtdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar Minsk qrupunun vasitəçiliyilə aparılır. Lakin qrup son 20 ildə tərəflər arasında çoxsaylı görüşlər təşkil etsə də, heç bir nəticə əldə olunmayıb.
“Tərəflərdən hansınısa tam haqlı elan etmək çətindir”
Dağlıq Qarabağın statusu, ətraf ərazilər, millətçilik, böyük dövlətlərin təsiri və s… İki ölkəni mövqeyi arasında fərq böyükdür.
“Hər iki tərəfdə millətçilərin iştahı böyükdür”, - deyə Qafqaz üzrə ekspert, politoloq Gaidz Minasyan bildirir. Danışıqlar prosesinin çox çətin olduğunu vurğulayan ekspert deyir: “Bu, həm də nadir rast gəlinən vəziyyətdir. Çünki münaqişənin əsas aktoru danışıqlar prosesində iştirak etmir”.
Bu separatçı bölgənin tarixi kökləri də bu çətin problemin öhdəsindən gəlinməsinə kömək etmir. Dağlıq Qarabağda əsrlər boyu müxtəlif xalqlar yaşayıb, bölgəyə nəzarət uğrunda mübarizə aparıb. Azərbaycan tərəfi deyir ki, bura keçmişdə Osmanlının, daha sonra farsların nəzarətində olub.
Ermənistan isə bu torpaqların müqəddəsliyindən danışır, XVIII əsrdə burada müstəqil erməni dövlətinin olduğunu iddia edir. “Odur ki, bu məsələdə tərəflərdən hansınısa tam haqlı elan etmək çox çətindir”, - deyə Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti senatorlar qarşısında bildirib.
Qeyri-müəyyən gələcək
Aparılan danışıqlara baxmayaraq, 30 ilə yaxındır bu problem “dondurulmuş münaqişə” kimi qalmaqdadır. Lakin onu tam “dondurulmuş” da adlandırmaq olmaz. Bölgədə zorakılıq hallarına tez-tez rast gəlinir. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından sonra ən çiddətli döyüşlər 2016-cı ilin aprelində baş verib. O, münaqişə tarixinə “dördgünlük müharibə” kimi düşüb. Həmin döyüşlər zamanı hər iki tərəfdən yüzdən artıq insan həlak olub. Ümumilikdə isə tərəflər arasında zaman-zaman baş verən toqquşmalar il ərzində 30-40 nəfərin ölümü ilə nəticələnir.
Bir sözlə, ötən dövr ərzində bölgə çox hərbiləşib. Hər dəfə toqquşmalar baş verdikdə tərəflər buna görə bir-birini günahlandırır. Əhali isə qarşıdurmanın hər an alovlana biləcəyi qorxusu ilə yaşayır. İllər ötdükcə bölgədəki minalanmış ərazilər genişlənir, təmas xəttində yeni sədlər tikilir. “Bu sədlər bəzilərinin narahatlığını azaltsa da, digərləri üçün təhlükənin bitmədiyini xatırladır”, - deyə Beynəlxalq Böhran Qrupunun hesabatında bildirilir.
Yeni müharibə qorxusu
2016-cı ildən sonra tərəflər arasında ən gərgin qarşıdurma bu ilin iyulunda baş verib. Bu, qorxu hissini yenidən artırıb. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Ermənistanla danışıqların əbəs yerə aparıldığını deyərək, torpaqları silah gücünə azad etmək hüquqlarının olduğunu bildirib. “Minsk qrupunun əsas işi münaqişənin hərbi yolla həllinin olmadığını təkrarlamaqdır. Bunu kim deyib? Onlar özlərini nə hesab edirlər?”, - deyə İ.Əliyev yerli telekanallara açıqlamasında qeyd edib.
Son qarşıdurmalarda Azərbaycanın tanınmış generalının da həlak olması insanlarda “dondurulmuş münaqişə”yə silah gücünə son qoyulması istəyini yenidən oyadıb. İyulun 15-də minlərlə insan Bakı küçələrinə çıxaraq “Qarabağ Azərbaycandır!” şüarı səsləndirib. Onlar problemin həlli üçün hərbi yola əl atılmasını tələb ediblər.
Lakin yeni miqyaslı müharibənin başlanması ehtimalı azdır. Son qarşıdurmadan sonra bütün beynəlxalq ictimaiyyət bu məsələ ətrafında səfərbər olunub. BMT-nin Baş katibi Antonio Quterreş, həmçinin Avropa İttifaqı, ABŞ və ATƏT-in Minsk qrupu tərəfləri gərginliyə son qoymağa, danışıqlar prosesini bərpa etməyə çağırıblar.
Rusiya ilə Türkiyənin təsiri
Rusiya ilə Türkiyə bu bölgədə həlledici rola malikdirlər. Bir tərəfdən, Ermənistan Rusiya ilə iqtisadi və hərbi müttəfiqdir. Ermənistan ərazisində Rusiyaya məxsus hərbi baza belə, var. Digər yandan, Azərbaycan idxal etdiyi silah-sursatının üçdə birini məhz Rusiyadan alır. Eyni zamanda, o, Türkiyə tərəfindən tam dəstəklənir.
“Hər iki ölkə bu bölgədə önəmli rola malikdir. Rusiya Ermənistanla Azərbaycanı öz təsiri altında saxlaya biləcəyini düşünür. Türkiyə isə Qafqazı qədim Osmanlı əyaləti kimi görür. Nəticədə onlar bölgə ilə bağlı fərqli, bir-birinə zidd və ziyanlı diplomatiya yürüdür”, - deyə Gaidz Minasyan bildirir.
Odur ki, mövcud status-kvo hər iki nəhəngə sərf edir. Bölgədə miqyaslı müharibə bərpa olunarsa, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanı dəstəkləməli olacaq. Belə olarsa, Azərbaycan müttəfiqi Türkiyədən dəstək alacaq. Bunu isə nə Ankara, nə də Moskva istəyir.
Beləliklə, münaqişənin gələcəyilə bağlı qeyri-müəyyənlik davam edir. Kreml bölgədə atəşkəsi dəstəkləsə də, Azərbaycanın mövqeyi dəyişir. Ölkənin 2004-cü ildən vəzifədə olan Rusiyayönümlü xarici işlər nazirinin gözlənilmədən vəzifədən kənarlaşdırılması, həmçinin Türkiyə ilə Azərbaycanın ikincinin ərazisində ötən ayın sonunda keçirdiyi hərbi təlimlər Bakının mövqeyindəki dəyişikliklərin göstəricisidir.
“İndi Azərbaycan Rusiyadan çox Türkiyəyə üstünlük verir”, - deyən Gaidz Minasyan hesab edir ki, bütün baş verənlər fonunda miqyaslı müharibə riski o qədər də böyük deyil: “Türkiyə müharibə istəmir. O, sadəcə Moskvaya təzyiq göstərməyə çalışır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar