Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
"Biz Avropa İttifaqından ədalət gözləyirik. Heç kəs Türkiyənin bu ədalət çərçivəsində geri çəkiləcəyini gözləməməlidir”.
Ovqat.com xəbər verir ki, Türkiyənin Vitse-prezidenti Fuad Oktay belə deyib.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasına Avropa dövlətləri də müdaxilə etməyə başlayıb. Fransa prezidenti Makron dünən çıxış edərək, Türkiyə ilə sözlə deyil, əməllə danışmağın vacibliyini bildirmişdi. Bu gün isə Almaniya Baş naziri Angela Merkel Avropa ölkələrinin Yunanıstanın yanında yer almaq mükəlləfiyyətlərinin olduğunu xatırlatdı. İsrail, Misir, hətta Səudiyyə Ərəbistanı da Yunanıstan tərəfindən çıxış edir. Aralıq dənizində təklənən Türkiyə isə öz hüquqlarından vaz keçmək fikrində deyil. Bunu Fuad Oktay da öz çıxışında dilə gətirərək deyib:
“Türkiyə Şərqi Aralıq dənizinin sahillərinin hər kvadrat metri, suyunun hər kub metri üçün öz hüquqlarını, nəyin bahasına olursa-olsun, bu müdafiə edəcək. Bizim Avropaya mesajımız ondan ibarətdir ki, Türkiyə Şərqi Aralıq dənizi də, Egey dənizi də daxil olmaqla, öz hüquqlarından qətiyyən imtina etməyəcək. (Yunanıstan öz ərazi sularını 12 milədək artırmaq istəyir) Bunu qəbul etməyimizimi gözləyirsiniz? Bu, müharibə səbəbidir”.
Avropanın heç bir zaman Türkiyənin xeyrinə addım atmadığını xatırladan vitse-prezident tərəf-müqabillərinə deyib ki, Türklər müstəqillik, tarix, azadlıq mövzu bəhsi olarsa heç nəyi dinləməz: “Bədəl ödəyəcəkmiş, şuymuş, buymuş, umrunda belə olmaz. Başqa bir ölkə öz kontinental şelfində fəaliyyət göstərərkən heç bir səs çıxarmazkən, Türkiyə Şərq Aralıq dənizindəki kontinental şelfində öz resurslarını araşdırırkən niyə qiyamət qopur, aydın deyil."
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar