Xəbər lenti

 
“Hakimiyyət orqanlarının deputat Qüdrət Həsənquliyevin niyə üstünə yürüdüklərini anlaya bilmirəm. Başqa ölkələrdə hakimiyyət müxalif qüvvələri bu cür çıxış etməsi üçün həvəsləndirir. Bizdə isə öz təşəbbüsü ilə erməni təcavüzkarlığına cavab verənlər ya cəzalandırılır, ya da qınanılır”.
 
Fəlsəfə elmləri doktoru, beynəlxalq məsələlər üzrə ekspert Aydəm İsmayılov Moderator.az-a açıqlamasında belə deyib.
 
Onun fikrincə, millət vəkili Qüdrət Həsənquliyevin Paşinyanın həyat yoldaşı barədə səsləndirdiyi o fikirlər tamamilə məntiqlidir və heç də rəsmilərimizin qeyd etdiyi tənqidə adekvat deyil:
 
“Çünki Qüdrət Həsənquliyevin məlum fikirləri heç də sivil insanlara, qadın və uşaqlara qarşı yönəlməyib. Paşinyanın arvadı əlinə silah alıb Azərbaycan ərazisində ölkəmizə qarşı hərbi poz verəndə qadınlıqdan çıxır və hərbçi simasına bürünür. Məntiqlə ona qadın kimi yox, hərbçi kimi davranmalı və mesajına uyğun cavab verilməlidir. Hərbçini əsir götürmək isə ona qarşı ən humanist addımdır”.


 
Həmsöhbətimizin fikrincə, bu gün dünyanın müxtəlif ölkələrində qadınlar da əsgər gedir: “Belə çıxır ki, onlar öz düşmənlərini öldürə bilər, amma onları qadın olduğuna görə əsir götürmək olmaz. Bunun heç bir məntiqi əsaslandırması ola bilməz”.
 
Aydəm İsmayılov xatırladıb ki, zaman-zaman Azərbaycan ordusunun qəhrəman əsgərləri məhz erməni qadın snayperlərinin gülləsi ilə şəhadətə qovuşublar: “Azərbaycan rəsmilərinin mövqeyində isə belə çıxır ki, biz axçilərin atdığı o mərmiləri güllə kimi yox, gül kimi qəbul etməli, şəhidlərimizin qanını centlemenliyimizə keçməliyik”.


Ana səhifəyə qayıt        Baxış: 8 606          Tarix: 24-09-2020, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma