Xəbər lenti
Bu gün, 12:32
Bu gün, 11:30
Dünən, 23:30
Dünən, 22:30
Dünən, 20:49
Dünən, 19:32
Dünən, 15:56
Dünən, 14:58
Dünən, 14:12
Dünən, 11:15
Dünən, 09:24
Dünən, 09:18
9-01-2025, 23:36
9-01-2025, 22:58
Paşinyan Ankaranı ATƏT-in Minsk qrupuna üzvlüyünü dayandırmağa çağırıb
İndiyədək BMT TŞ-nın qətnamələrini, ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini qəbul etməyən rəsmi İrəvan bu addımlarıyla əslində problemin sülh yoluyla həllinin qarşısını özü alıb. Onun bu addımları nəticəsində beynəlxalq sülh missiyasının da əhəmiyyəti qalmayıb və artıq neçə müddətdir ki, həmsədrlərin nümayəndələri işə belə, çıxmırlar. Ermənistan Baş naziri Nikol Paşinyan isə Türkiyənin ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması tələbi ilə çıxış edib.
Ovqat.com Fransanın “Le Figaro" qəzetinə istinadən xəbər verir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun köməyinə ümid bəsləyir.
O, “Le Figaro" qəzetinə müsahibəsində Minsk qrupunun təşəbbüslərini yüksək qiymətləndirərək deyib: "Bu, hazırda mövcud olan yeganə danışıqlar formatıdır. Minsk qrupunun həmsədrlərindən olan Rusiya və Fransa prezidentləri tərəflərə güclü müraciət ediblər. Biz dünya birliyinin təcavüzün dayandırılması səylərində fəal iştirakını gözləyirik".
Paşinyan fikrincə, bu mərhələdə qarşı tərəf, yəni Azərbaycan və Türkiyə “hərbi əməliyyatları dayandırmağa heç bir təşəbbüs göstərmir”.
Ermənistanın Baş naziri Ankaranın 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarışı üçün yaradılmış ATƏT-in Minsk qrupuna üzvlüyünü dayandırmağa çağırıb: "Türkiyənin Minsk qrupunda iştirakı dayandırılmalıdır, çünki bu ölkə özünü qərəzli və savaşqan aparır. Ona görə də artıq vasitəçi ola bilməz".
Baş nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan hərbi əməliyyatları dayandırmalıdır, çünki hücuma məhz onlar başlayıblar.
"Beynəlxalq ictimaiyyət, xüsusilə Amerika ictimaiyyəti bilməlidir ki, ABŞ-da istehsal olunan F - 16 qırıcıları bu münaqişədə erməniləri öldürmək üçün istifadə olunur", - deyə o, müsahibəsində bildirib.
Paşinyanın Fransa mediasına verdiyi müsahibəsini şərh edən fəlsəfə elmləri doktoru, politoloq Aydəm İsmayılov Ermənistan Baş nazirinin sözlərini çarəsizliyin ifadəsi kimi qiymətləndirib. A.İsmayılovun fikrincə, ATƏT-in Minsk qrupu BMT TŞ-nın Dağlıq Qarabağla əlaqədar çıxardığı 4 qətnamə və beynəlxalq hüquq çərçivəsində problemi həll edə bilər və onun heç bir məcburedici funksiyası yoxdur: “Bu qurum sadəcə tövsiyəedici təkliflər hazırlayıb tərəflərə təqdim edə bilər. Yarandığı 28 il ərzində hazırladığı xeyli sayda təkliflərin hamısı Ermənistan tərəfindən rədd olunub. Dolayısıyla müharibəni başladan elə Ermənistanın özü olub”.
Həmsöhbətimiz bildirib ki, rəsmi İrəvanın sülh yolunu istisna edən mövqeyi ortadaykən, müharibəni kimin başlatdığı barədə mülahizələrə girməyə, atəşin ilk dəfə kim tərəfindən açıldığı kimi mübahisəli məsələləri müəyyənləşdirməyə ehtiyac yoxdur: “Faktiki olaraq, rəsmi İrəvan bütün sülh təkliflərindən imtina etməklə bugünkü müharibənin yolunu açmışdır. İstər ABŞ, istərsə də Fransa və Rusiya kimi dövlətlər üzvü olduqları BMT TŞ-nın qətnaməsini təkbaşına yerinə yetirdiyinə görə Azərbaycan ordusuna minnətdar olmalıdır. Azərbaycan beynəlxalq birliyi əziyyətə salmadan gec də olsa, BMT TŞ-nın tələblərini yerinə yetirir.
O ki qaldı Türkiyənin ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasına, onsuz da Ankara bu qurumda həlledici mövqedə deyildi və qurum rəmzi xarakter daşıyırdı. Ümumiyyətlə bu qrupun indiyədək mövcudluğu belə, mübahisəyə açıqdır. İndiki mərhələdən sonra bu qrup tamamilə özünü buraxmalıdır, çünki təyinatı üzrə onsuz da real fəaliyyət göstərmirdi”.
Paşinyanın Fransa və Rusiya rəhbərliyinə təşəkkür, ABŞ xalqına isə müraciət etməsini təsadüfi saymayan politoloq ATƏT-in Minsk qrupunun 3 həmsədri olduğunu xatırladıb – ABŞ, Rusiya, Fransa: “Görünür, həmsədr dövlətlərdən ikisinin Azərbaycanın Dağlıq Qarabağda başlatdığı antiterror əməliyyatına qarşı çıxması, ABŞ-ın isə laqeyd münasibət göstərməsi Paşinyanı bu cür mövqe sərgiləməsinə səbəb olub. Paşinyan anlamalıdır ki, bu gün döyüşlərin getdiyi Dağlıq Qarabağ torpağı beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın dövlət əraziləri daxilindədir. Ermənistan ordusunun orda olması, Paşinyanın oğlunun həmin ordu hissələrində hərbi xidmət göstərməsi, arvadının əlinə silah alıb qadınlara əsgəri təlim keçməsi rəsmi İrəvanın Azərbaycan torpağını işğal etməsinin ən bariz nümunələridir və istənilən dövlətin öz ərazilərini işğaldan azad etmək hüququ var. Azərbaycan da bu hüquqdan istifadə edir və nə ABŞ-ın, nə Rusiyanın, nə də Fransanın ona irad bildirməyə haqqı çatır”.
ABŞ-ın prezident seçkiləri ərəfəsində və erməni lobbisinin bu ölkədə güclü olduğunu xatırladan həmsöhbətimiz Paşinyanın Amerika xalqına müraciəti ilə əslində Vaşinqtona “dəstək müqabilində səs” mesajı verdiyinə inanır: “Paşinyan unudur ki, ABŞ-da namizədlər uzaqbaşı seçkiyədək erməni lobbisinə nələrisə vəd verə bilər. Hakimiyyət kreslosuna oturduqdan sonra onlar beynəlxalq hüquq və ABŞ-ın dövlət maraqları çərçivəsində hərəkət etməlidirlər. Məşhur aforizmlə desək, “başlarına tac qoyduqdan sonra ağıllanmalıdırlar”. Necə ki, bu zamana qədər belə olub. Hər il “Erməni soyqırımı” qətnamələri Konqresdə, Senatda müzakirəyə çıxarılıb, bütün prosedurlar tamamlandıqdan sonra ölkə rəhbərlərinin müdaxilələri ilə bu iş dayandırıldı. Çünki bu qətnamələr həm həqiqəti ifadə etmir, həm də ABŞ-ın geosiyasi maraqları ilə üst-üstə düşmür. ABŞ 1.5 milyon erməninin səsi üçün regiondakı ən güclü müttəfiqi Türkiyəni qurban vermək istəməyib, bundan sonra da istəməz.
Üstəlik, Rusiyanın Cənubi Qafqaz açarı olan Ermənistanın dəstəklənməsi ABŞ-ın maraqlarına uyğun deyil. Məhz bu səbəbdən də Ağ ev nə ölkədəki erməni lobbisinin xətrinə dəymək, nə də Rusiyanın qucağında otura-otura Vaşinqtondan yardım tələb edən Ermənistanı müdafiə etmək istəyir. Əslində Ermənistanı bu ağır vəziyyətə salan iki qucaqda oturmaq məharətilə qonşusunun torpağına göz tikməsidir. Təsadüfi deyil ki, İrəvanın bu siyasətinə ABŞ-da Kim Qardaşyan lobbiçilik edir. Necə deyərlər, “mal, yiyəsinə oxşamasa haramdır”. İrəvan anlamalıdır ki, iki qucaqda oturmaq məharəti bir otaq çərçivəsində əhəmiyyət kəsb edir. Otaqdan kənara çıxanda və hələ-hələ böyük qlobal arenada belə xislətli siyasətlərin zərrə qədər də hörməti olmaz. Heç bir qucaq sahibi qədim peşə əxlaqlı siyasətləri sonuna qədər dəstəkləməz. İrəvan uzaqda isti qucaq axtarmaqdansa, regionda özünəməxsus köhnə bucağına çəkilməli və dinc birgəyaşayış vərdişlərinə yiyələnməlidir. Ən azı ona görə ki, o da pis-yaxşı Qafqaz ölkəsidir və Qafqazda belə əxlaq sahiblərinə yer olmayıb, olmayacaq da”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər