Xəbər lenti

 
Bir neçə gün əvvəl xəbər vermişdik ki,  Erməni Apostol kilsəsinin Dağlıq Qarabağ Yeparxiyasının rəhbəri arxiyepiskop Parqev Martirosyan bütün erməni dünyasını dua etməyə çağırmışdı. Bu zamanadək biz müsəmanlar adətən ağır vəziyyətə düşəndə Allahın ətəyindən yapışıb müsəllaya çıxırdıq. İndisə erməni keçişinin bu “silah”a əl atdığını eşidəndə istər-istəməz təəccüblənmiş və bizim Şeyxülislamın niyə Azərbaycan ordusuna xeyir dua vermədiyini düşünmüş və cənab şeyxə sosial media üzərindən bu sualı ünvanlamışdıq. 
 
Maraqlıdır ki, Qafqaz Müsəlmanları Rühanilər İdarəsi bizim bu sualımızı qulaq ardına vursa da, cavab yenə Dağlıq Qarabağın erməni ruhani liderindən gəlib. Martirosyan “Sputnik-Ermənistan” potalına açıqlamasında əmin olduğunu bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə də sülh tərəfdarıdır və əsgərlərin həlak olmasını istəmir.
 
"Biz mənəvi liderlər həmişə döyüş əməliyyatlarının dayandırılmasının tərəfdarı olmuşuq və əminəm ki, Şeyx Allahşükür Paşazadə də sülh istəyir, o da istəmir ki,  əsgərləri həlak olsunlar və bu, təbiidir".
 
Görəsən, cənab şeyx doğrudanmı Azərbaycan əsgərinin torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarını dayandırılmasında maraqlıdır, yoxsa Parqev Martirosyan, yumşaq desək, goplayıb? Ümidvarıq ki, şeyxülislam həzrətləri bizim sorğumuza cavab verməyi özünə rəva bilməsə də, Parqev Martirosyanın iddialarına aydınlıq gətirəcək. Ən azı ona görə ki, QMİ-nin rəhbəri kimi şeyxin bundan sonra da susqunluğa üstünlük verməsi yaxşı hal deyil və bəzi çevrələr tərəfindən “sükut razılıq əlamətidir” konteksində qiymətləndirilə bilər.
 


Ana səhifəyə qayıt        Baxış: 4 611          Tarix: 5-10-2020, 20:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma