Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibə İrəvanda şok effekti yaradıb.
Ovqat.com-un məlumatına görə, bu zamanadək Paşinyan hakimiyyətinin cizgisindəki analitiklər belə, İlham Əliyevin dəmir məntiqi qarşısında çarəsiz qalaraq, həm canlı, həm hərbi texnika, həm də torpaq itkilərinin həqiqətən çox olduğu qənaətinə gəliblər.
Prezidentin ermənilərin 5000 canlı itkisi barədə əsaslandırılmış fikirləri xüsusilə düşmənin kürkünə birə salıb. İrəvanda artıq bir çox düşüncə adamları Paşinyanın Dağlıq Qarabağ məsələsində ciddi səhvlərə yol verdiyindən və bunun bədəli olaraq istefaya getməsinin vacibliyindən danışmağa başlayıblar.
Erməni publisisti Razmik Akopcanyanın “Armenianreport” portalında dərc olunan məqaləsinin sərlövhəsi belə, ağasına asiliyin təzahürü kimi səslənir: “Cənab Paşinyan, getməyiniz vaxtı gəlmədimi?”
Publisistin qələmə aldığı məqalənin Azərbaycan xalqına və liderinə qarşı təhqirazmiz ifadələrdən arındırılmış sətirbaşlarını təqdim edirik:
- “İlham Əliyevin səsləndirdiyi rəqəm doğru ola biləcəyi düşüncəsi qorxuncdur. Axı o, itkilərimizin təxminən 5.000 nəfər olduğunu söylədi. O, eyni zamanda dediklərini "əsaslandırılmasına" bənzər misal da gətirdi”.
- “Fərziyyələrimizə görə, Ermənistanın təqribən nə qədər itki verdiyini deyə bilərəm. Əldə etdiyimiz məlumatlara görə, təkcə Ermənistan tərəfdən bu müharibədə 5 min insan həlak ola bilər və bir qayda olaraq müharibədə yaralananlar 2-3 dəfə çoxdur”-deyə, İ.Əliyev İnterfaks-a verdiyi müsahibəsində bildirib. Təbii ki, o, həmçinin Azərbaycanın Silahlı Qüvvələrinin itkilərinə toxunaraq qeyd etdi ki, bütün amillər nəzərə alındıqda bu itkilər minimaldır”.
- “İtkilərimizin böyük olduğunu etiraf etməliyik. Həm ərazi, həm də insan olaraq. Onlar, təəssüf ki, hökumətimizin bizə söylədiklərindən çoxdur. Düşmən tərəfindən nümayiş etdirilən kadrlara istədiyiniz qədər lağ edə bilərsiniz, ancaq Ermənistan həqiqəti uzun müddət gizlətmək üçün çox kiçik bir ölkədir. Və bu faciəlidir - biz artıq Vətənimizin bir hissəsini və şanlı Qəhrəmanlarımızı itirdik”.
- “Əlbətdə ki, bunların sayı 5000 deyil, amma reallıqdakı itkilər belə, bir faciədir. Çünki düşməndə daha çox insanı var. Və hamısı bizə nifrət hissi ilə aşıb daşır. Bu, sıraya xaricdən gətirilən, terrorçu-şəhidlərin böyük intiharçı kütləsi də daxildir. Məhz, şəhadət duyğusu onları qəhrəmanlıq göstərməyə həvəsləndirir”.
- “Bütün ərazi və insan itkiləri üçün Baş nazir Nikol Paşinyanın birbaşa şəxsi məsuliyyət daşıması barədə düşünməyin vaxtı gəldi. Bəli, o, bütün dünya tərəfindən alqışlanan ümummilli inqilab dalğası ilə hakimiyyətə gələn tarixi bir şəxsiyyətdir. Ancaq Paşinyanın bu ləyaqəti heç bir şəkildə etdiyi faciəvi səhvləri, indiki qarşı-qarşıya qaldığımız səhvləri doğrultmur. Cənab Paşinyan, sənin hakimiyyətdən ayrılmağının vaxtı çatmadımı? Cavab aydındır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar