Xəbər lenti
 


Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən ermənilər məğlubiyyətlərinin səbəbini öz sahiblərinin onlara xəyanətində görürlər. İndiyədək Rusiyanı onların əvəzinə döyüşməyə dəvət edən və Vladimir Putindən “poşyol” komandası alan nankor qonşularımız indi də bir başqa sahibləri olan Corc Sorosa diş qıcamağa başlayıb.
 
Ovqat.com xəbər verir ki, ermənipərəst İnfoteka24.ru portalının ortaya atdığı iddianı ancaq bu cür qiymətləndirmək olar.
 
Məlumdur ki, Paşinyanın postsovet məkanında “rənqli inqilablar”ın sponsoru olan Corc Sorosun dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə gündəmə gətirilib və bütün dünyanın gözü qarşısında sərt şəkildə tənqid olunub. Sözsüz ki, İlham Əliyevin bu ifşası Corc Sorosa mənfi münasibətinin də ifadəsidir və sözügedən tərəflər arasında hər hansı yaxınlığın mövcudluğuna kölgə salır. Bəzi erməni mediaları isə tamamilə fərqli düşünürlər. Onların fikrincə, Azərbaycanın Dağlıq Qarabağ əməliyyatlarına xeyir-duanı verən məhz Paşinyanın sahibi Corc Sorosdur.
 
İnfoteka24.ru yazır:
 
“Bir neçə ay əvvəl Amerikalı milyarder Corc Soros Qərb ölkələrinə Rusiyaya qarşı mübarizədə Türkiyəyə dəstək verməyi təklif edən bir məqalə yayımlayıb.
 
Bəzi siyasi dairələr Sorosun “Artsax”da baş verənlərlə əlaqədar Türkiyəyə eyni məntiqlə kömək etdiyinə inanırlar.
 
Ermənistanın “Politik” nəşri xəbər verir ki, bu yaxınlarda kürd dilində yayımlanan “Rojnews” portalında amerikalı milyarder Corc Sorosun Azərbaycan Prezidenti İlham Əliyevi birbaşa dəstəklədiyi məqalə dərc edilmişdi. Bu barədə kürdpərəst Türkiyə Xalq Demokratik Partiyasındakı mənbələr mediaya məlumat vermişdilər.
 
Media mənbələrinə görə, Soros, lobbi qrupları vasitəsi ilə Əliyevə beynəlxalq inforsiya və seçkilər zamanı Avropa və beynəlxalq strukturlarda siyasi dəstək təklif edib”.


Ana səhifəyə qayıt        Baxış: 5 536          Tarix: 5-11-2020, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma