Xəbər lenti

 
Ermənistan Baş nazirinin mətbuat katibi Nikol Paşinyan Mane Gevorgyan yayımlanan rəsmi mətndə Türkiyə haqqında bir kəlmə də olmadığını bildirdi.
 
Ovqat.com erməni informasiya mənbələrinə istinadən xəbər verir ki, Gevorgyan həmçinin Ermənistanın Tavuş bölgəsinin bir sıra kəndlərinin Azərbaycana verilməsi barədə məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gecə xalqa müraciətində Türkiyə ordusunun da bölgədə atəşkəsə nəzarət funksiyasını yerinə yetirəcəyini bildirərək demişdi:
 
“Bəyanatın beşinci bəndində yazılıb: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”. Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır”.
 
Paşinyanın sözçüsünün bir gün sonra fərqli fikirlər söyləməsi insanlarda fikir çaşqınlığı yaratmağa xidmət edir və rəsmi Bakı bu məsələyə aydınlıq gətirməli, erməni oyunpozanlığının qarşısını vaxtında almalıdır.


Ana səhifəyə qayıt        Baxış: 6 436          Tarix: 10-11-2020, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma