Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu bildirib ki, Bakı Rusiyadan Qarabağdakı hərbi əməliyyatlarda iştirak edən Suriya silahlıları haqqında məlumat istəyib.
Ovqat.com xəbər verir ki, səfir bunu Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi açıqlamada bildirib.
“Muzdlulara gəldikdə, diqqət yetirin: nə hörmətli [Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri] Sergey Evgenieviç Narışkin, nə də hörmətli [Rusiya Xarici İşlər Naziri] Sergey Viktoroviç Lavrov, muzdluların sayı barədə danışarkən, heç vaxt hansı tərəflə vuruşduqlarını söyləməyiblər. Buna görə də dünən bir səfir olaraq Rusiya Federasiyasının müvafiq qurumlarına Azərbaycan tərəfinin erməni tərəfində olan muzdluların adlarını, soyadlarını və çağırış nişanlarını təqdim etdiyi bir sənəd imzaladım. Bilirsiniz, muzdlulardan danışarkən, bu günə qədər bəzi saxta Suriyalılar orada oturub bir şey söyləyirlər, hamısı səhnə saxtadır, bu günə qədər adları, soyadları, təyinatları və s. ilə əlaqədar bir dənə də olsun real sənəd təqdim edilməyib”,-Polad Bülbüloğlu açıqlamasında belə deyib.
Xatırladaq ki, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Rusiya Xarici Kəşfiyyat Xidmətinin Yaxın Şərq ölkələrindəki tərəfdaşı olduğu xüsusi xidmətlər orqanlarından Suriyadan olan silahlıların Dağlıq Qarabağdakı döyüşlərdə iştirakı, ilə bağlı dəqiq məlumatlar aldığını söyləmişdi.
Bundan əvvəl isə Rusiya Xarici İşlər naziri Lavrov Dağlıq Qarabağda 2 mindən artıq terrorçunun vuruşduğunu bildirmiş və bu, rəsmi Bakının sərt etirazına səbəb olmuşdu. Prezident İlham Əliyev Lavrovun bu iftirasına kəskin cavab verincə, Rusiya XİN Lavrovun bu sözləri deyərkən hansısa konkret ölkə adı çəkmədiyini xatırlatmışdı. Bir növ, Azərbaycanı nəzərdə tutmadıqlarını boyunlarına almışdılar.
Ermənistan hüquq mühafizə orqanları isə guya cəbhədə yaxaladıqları iki suriyalını Azərbaycanın əleyhinə danışdıraraq, bununla da ölkəmizin döyüşlərdə guya muzdlu terrorçulardan istifadə etdiyini sübuta yetirməyə çalışırlar. Halbuki, Ermənistanın Suriyadan PKK-çıları muzdlu kimi gətirib Dağlıq Qarabağda döyüşdürdüyü bəllidir. Kim bilir, bəlkə həmin terrorçuları da Suriyadan rola girmək üçün gətiriblər?
Ortada konkret faktlar olmadan hansısa “əsir”in dilindən alınmış ifadələrə söykənərək iddia irəli sürmək, sözsüz ki, heç bir dövlət tərəfindən ciddi qəbul edilmir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar