Xəbər lenti
 
 
“Biz ermənilər Rusiyanın bir kişiyə etibar etdiyi arvadı kimiyik”.
 
Ovqat.com xəbər verir ki, bu etirafı Dağlıq Qarabağda yaşayan bir erməni kişisi “Komsomolskaya Pravda” qəzetinin jurnalisti Dina Karpitskayaya verdiyi açıqlamada səsləndirib.
 
Jurnalistin yazdığına görə, qadın jurnalist qarşısında öz millətini bu qədər alçaldan yeganə şəxs təkcə həmin erməni kişisi də deyil. Ezamiyyətə getdiyi Ermənistanda qarşılaşdığı bir çox insan ona bənzər etiraflarda bulunub.


 
Yazıdan bəzi etirafları təqdim edirik:
 
- Moskva kirz çəkmələrini Rusiya səfirliyinə atan hökumətə necə yanaşmalıdır? Ruslar bayraqlarını yandıran insanlara necə davrana bilərlər? Mən erməniyəm, amma bu, hətta mənə də iyrənc görünürdü. Paşinyan prezident Putinin hava limanına görüşməyə getməyəndə bu, ona qarşı biabırçı hörmətsizlik deyildimi? Və hətta o öz sarayının pilləkənlərində belə Putinlə eyni sırada deyidi. Biz buna görə çox utanırıq. Amma Rusiya bilməlidir ki, erməni xalqı onu sevir. Bizim köhnə münasibətlərimizi heç kəs dağıda bilməz”- İrəvanda yaşayan mühəndis Alla Akopyan.
 
- Paşinyan elə ilk dəqiqədən Rusiya ilə münasibətləri məhv etdi. İki il yarımdır ki, o, sizin ölkəyə qarşı təbliğat aparıb Ermənistanı məhv edib, xalqı iki yerə bölüb. Ancaq mən hesab edirəm ki, bir təxribatçı bizim dostluğumuza kölgə sala bilməz. Ermənilər rus xalqına və dövlətinə həmişə sadiq olublar. Sizdə belə bir ifadə var: "Sağ ol ki, varsan". Mən də demək istəyirəm, sağ ol ki, sən varsan, rus xalqı. Siz bu qırğını dayandırdınız. Bizdə “Arsax”da (ermənilər Qarabağı belə adlandırırlar-avt.) satqınlıq var idi. Ancaq uşaqlarımız mərdliklə mübarizə aparırdılar. Biz şadıq ki, sizin sülhməramlılarınız bizim tərəfdədir. Rusiya harda varsa, biz orada təhlükəsizik” - Ermənistanın əməkdar artisti Qayana Mersisyan.
 
 
Bakı və Ankara Ermənistan ərazisinə bir metr belə girsələr, Rusiyanın müharibəyə qoşulacağı barədə kim xəbərdarlıq etdi? Bəli, 5 min nəfərlik rus bazası (Gümrüdəki rus bazası nəzərdə tutulur-Ovqat.com). Həmin 5 min nəfərlik baza Ermənistanı 50 min süngüdən ibarət olan bütün erməni ordusundan daha etibarlı şəkildə  qoruyur!” -adı çəkilməyən sıravi erməni.
 
 
“Rusiyanın bu bölgədəki yeganə müttəfiqi Ermənistan bu müharibəni əslində uduzdu. Bunu istədiyiniz kimi təfsir edə bilərsiniz: Paşinyan Rusiya üçün pisdir, Azərbaycan Moskvaya yad deyil. Ancaq Türkiyə müttəfiqi Azərbaycana kömək edərək açıq şəkildə münaqişəyə müdaxilə etdi. Bakı onsuz da türk yanlıydı və indi buna daha da kök saldı. Və Qafqazdakı bütün anti-Rusiya qüvvələri bu müqayisədən istifadə etməyə davam edəcəklər” - erməni siyasi analitiki Hayk Xalatyan.

- Siz eşitdiniz; Putin nə dedi? Biz isə heç nə bilmirdik! Paşinyan bizə bunu deməmişdi! Gizlətmişdi. Putin isə, sən demə, lap əvvəldən Şuşanın ermənilər nəzarətində olduğu vaxt Azərbaycanı müharibəni dayandırmağa və Rusiyadan sülhməramlıların Qarabağa gətirilməsinə razı salmışdı. Amma Paşinyan öz şəxsi qüruru xətrinə bundan imtina etdi və s.


Ana səhifəyə qayıt        Baxış: 4 554          Tarix: 20-11-2020, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma