Xəbər lenti

 
Vaşinqton və müttəfiqləri Suriyadakı Rus Aerokosmik Qüvvələrinin aviabazasına qarşı geniş miqyaslı bir zərbə planı üzərində işləyiblər.
 
Ovqat.com xəbər verir ki, iddianı Rusiyanın Avia.pro portalı irəli sürüb.
 
İddiaya görə, ABŞ Hərbi Hava Qüvvələri Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka və bir sıra digər dövlətlərlə birlikdə Suriyadakı Rusiya hərbi hava bazasına geniş miqyaslı hava hücumunun stimulyasiyasını sınaqdan çıxarıb: “Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi rus müttəfiqləri qarşı tərəfə təkcə sözügedən hərbi hava limanındakı rus təyyarələri haqqında mövcud məlumatlar ötürməklə qalmayıb, həm də Amerika təyyarələrinə dəstək verib, onun tanker və qırıcılarının hərəkətlərinin gizli tutulmasını təmin ediblər”,- portal belə yazıb.
 
Məlumata görə, Qara dənizin sularında NATO təyyarələrinin şübhəli fəaliyyəti bir gün əvvəl məlum olub. Lakin sonradan aydınlaşıb ki, həmin təyyarələrin Qara dənizdə görünməsinin əsas səbəbi diqqəti yayındırmaq məqsədi daşıyıb. Əsl plan isə Amerika strateji bombardmançılarının Rusiya hərbi hava bazasına çox yaxın bir məsafədə yaxınlaşması imiş və Türkiyənin birbaşa dəstəyi sayəsində bu gizli təlim baş tutub.

 

ABŞ Hava Qüvvələrinin B-52H Stratofortress strateji bombardmançısı Aralıq dənizi üzərində görülüb. Həmin vaxt bir başqa Boeing E-8C JSTARS idarəetmə təyyarəsi isə BƏƏ üzərindən əsl hədəfə yaxınlaşıb”, - deyə Military Observer Telegram kanalı iddiaları təsdiqləyən müvafiq görüntüləri yayımlayıb.
 
Əməliyyat həyata keçirildiyi zaman Rusiya Aerokosmik Qüvvələrinə aid qırıcıların Amerikanın bombardmançı təyyarələrini “tutmaq” üçün havalanmadıqları bildirilir.
 
Ovqat.com-un əlavəsi
 
Dünən ABŞ Hava Qüvvələrinin B-52H Stratofortress strateji bombardmançısının Qara dəniz üzərində görünməsini Pentaqon ABŞ-dan Qara dənizə qədər dayanmadan uçmaq qabiliyyətini nümayiş etdirmək məqsədi daşımaqla əsaslandırmışdı. Halbuki bu təyyarələr hələ 18 yanvar 1957-ci il tarixində ilk dəfə dünya ətrafında heç dayanmadan fırlanmaq qabiliyyətini sınaqdan çıxarmışdılar. Bu müddət ərzində cəmi 3 dəfə havada yanacaq doldurulan təyyarələr 50 saata yaxın zaman ərzində göydə qalmağı bacararaq dünya rekordu qırmış və üstünlüklərini hər kəsə qəbul etdirmişdilər. Bu mənada üzərindən 63 il keçdikdən sonra eyni təyyarələrin 4-5 dəfə qısa məsafəni qət etməsinin sübuta ehtiyacı olmadığı kimi, bu əsaslandırma da qənaətbəxş görünmürdü. İndisə ortaya çıxan məlumatlar həmin uçuşun gizli bir təlimin tərkib hissəsi olduğu versiyasına haqq qazandırır.



Ana səhifəyə qayıt        Baxış: 4 514          Tarix: 22-11-2020, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma