Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“Ermənistan məğlub tərəf olaraq kapitulyasiya aktı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən, Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta, Sazişin şərtlərinin Ermənistan tərəfindən riayət olunmasının tam təminatını verdi”.
Ovqat.com xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev bu gün facebook səhifəsində paylaşdığı statusunda bildirib.
Vitse-spiker statusunda Rusiya “sülhməramlı”larının Üçtərəfli Sazişdə yer alan prinsiplərdən uzaqlaşmaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi başa düşülən deyil.
“Sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz. Rusiya sülhməramlarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinə bir başa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırmalıdırlar, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı”, - millət vəkili belə yazıb.
Adil Əliyevin qənaətinə əsasən, Rusiya tərəfinin bu anti-Azərbaycan mövqeyi Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə Zəfər paradında nümayiş etdirilməsindən, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşmasından qaynaqlana bilər: “Bu hadisələr, görünür, Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir. Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində Şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bu gün ölkəmiz nəinki regionun, həm də dünyanın ən güclü dövlətlərindən biridir”.
Vitse-spiker bu cür təxribatçı hərəkətlərin ermənilərə baha başa gələcəyini də vurğulayıb: “Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaqdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar