Xəbər lenti
Bu gün, 19:25


ISNA, İran
07.01.2021


İran turistlər üçün ən gözəl və populyar şəhərlərdən biri Azərbaycanın paytaxtı Bakıdır. Bu şəhər istənilən zövqə sahib turist üçün gözəl görünə bilər. Bu yazıda sizə Bakını tanımağa çalışacağıq. Baxmayaraq ki, koronavirus problem üzündən turizm şirkətləri hələ ki, xaricə səyahətlər təşkil etmir.

ISNA xəbər verir ki, Bakı haqda danışarkən söhbəti iki yerə bölmək olar – qədim Bakı haqda və müasir Bakı haqda.
Qədim Bakıda bakılıların keçmişdəki həyat tərzinə ekskursiya etmək, onların modernləşməsindən əvvəlki həyatı ilə tanış olmaq mümkündür. Şəhərin müasir hissəsində isə xüsusi memarlıq üslubunda inşa olunmuş çox gözəl müasir tikililəri görə bilərsiniz. Bakının bu iki fərqli hissəsi arazındakı təzad hər bir turist üçün cəlbedici ola bilər. Məhz bu amil Bakının gözəlliyini ikiqat artırır.
Bir szlə, pandemiyadan sonra Bakıya səyahət edəcək şəxslər səfər proqramlarını buna əsasən müəyyənləşdirə bilərlər. Şəhərin gözəlliklərilə yanaşı, bakılıların istiqanlı və qonaqpərvər olması da önəmli xüsusiyyəttdir.

İqlimə gəlincə, Bakını İran şəhərlərilə müqayisə etsək, qışı soyuq və yağıntılı, yayı sərin keçən Ənzəlini yada sala bilərsiniz.
Qədim Bakı
Bakıda möhtəşəm cazibəli məkanların sayı-hesabı yoxdur. Əsas turistik məkanlar isə məhz şəhərin qədim hissəsində – İçərişəhərdədir. Əslində, İçərişəhər Bakının müasirləşməzən əvvəlki dövrünün tam təcəssümü sayıla bilər. İçərişəhərin dar, daş döşənmiş küçələrində gəzərkən, üzərlərində gecə işıqlarının yandığı köhnə binalara tamaşa edərkən özünüzü keçmişdə hiss edəcəksiniz.

İçərişəhərdəki tarixi məkanlara misal kimi, Qız qalasını, Şirvanşahlar sarayını, Milli Azərbaycan Tarixi Muzeyini və s. göstərmək olar. Tarix və tarixi məkanlarla maraqlanırsınızsa, İçərişəhərə baş çəkməyi unutmayın.
Yeri gəlmişkən, Bakıya səyahət etmiş bir çox istanbullu turist də hesab edir ki, İçərişəhər, qədim abidələri baxımından, tarixi məkanlarla maraqlanan turistlərdə çox xoş təəssürat yaradır.

Yeni Bakı
Bakının müasir hissəsi də olduqca möhtəşəm turistik məkanlarla zəngindir. Bu mənada, ilk olaraq dünya brendlərilə dolu gözəl Nizami küçəsinin adını çəkmək olar. Bu küçə boyu büllur çilçıraqlar asılıb. Burada dünyanın bütün aparıcı markalarına aid mağazalara rast gələ bilərsiniz.
Lakin məqsədiniz münasib qiymətə nəsə almaqdıra, Nizami küçəsindəki mağazalar sizin üçün bahalı ola bilər.
Bakının ən mükəmməl, görməli yerlərindən biri də Heydər Əliyev Mərkəzidir. Bu gün o, şəhərin ən məşhur tikililərindən sayılır. Fasadı sanki ağ dalğalardan ibarət binanın quruluşu hər bir turisti heyrətləndirə bilər.

Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycanın sabiq prezidenti Heydər Əliyevə məxsus şəxsi əşyalar saxlanılır.

Bakının müasir görməli yerləri sırasında daha bir qeyri-adi tikili – “Alov qüllələri” də var. Bu 3 tikili Bakının ən yüksək təpəsində yerləşir və ətrafdan alov təsiri bağışlayır. Qüllələr gecə saatlarında işıqlandırılarkən şəhərə bənzərsiz gözəllik bəxş edir.

(Fars dilindən tərcümə - WorldMedia.Az
Mənbə: ISNA 



Ana səhifəyə qayıt        Baxış: 4 376          Tarix: 7-01-2021, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma