Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
İslam Doğru
Anadolu Agentliyi
ABŞ-ın paytaxtı Vaşinqtonda konqres basqının şoku və hərarəti hələ də davam edərkən, ortaya çıxan xaos artıq ölkənin siyasi tarixinə bir mərhələnin başlanğıcı kimi düşdü. Bu tarixi hadisə ilə ölkədə son 4 ildə hökm sürən "Trampizm" dalğasının aqibətinin necə olacağı, bu hərəkatın sona çatmağa başladığı və ya hələ də təsirinin davam edib-etməyəcəyi ən çox maraq edilən suallardandır.
ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası 6 yanvar yerli vaxtla 13: 00-da toplandı və Konstitusiyanın tələbinə uyğun olaraq 3 noyabrda keçirilmiş Prezident seçkiləri nəticəsində əyalətlərin seçki komitəsi nümayəndələrinin səslərini qeydə aldı. Eyni zamanda, seçkilərin saxtakarlıq və qeyri-qanuni yollarla oğurlandığını düşünən 10 minlərlə Tramp tərəfdarı Ağ Evin qarşısında "Amerikanı qoruyun" şüarı ilə mitinq keçirdi.
Mitinqdəki çıxışında ABŞ Prezidenti Donald Tramp seçkilərdə böyük bir fərqlə qalib gəldiklərini, lakin saxtakarlıq və qanunsuzluqla hüquqlarının oğurlandığını iddia etdi. Tərəfdarlarından Konqresə yürüş etmələrini və nümayəndələrin səslərinin qeydə alınacağı iclasda öz fikirlərini dəstəkləyən Respublikaçılar Partiyasının Konqres üzvlərini təşviq etmələrini istədi. Daha sonra onminlərlə nümayişçi əllərində Tramp bayraqları ilə Konqres binasının önünə axın etdilər. Burada polis maneələrini aşan bir qrup Tramp tərəfdarı qapı və pəncərələrdən soxularaq Konqres binasına girməyi bacardı.
Bu andan etibarən ölkənin siyasi tarixində yeni bir səhifə açıldı. Tramp tərəfdarlarının bəziləri üzlərini Amerika bayrağının rənglərinə boyanmış, Viking şapkaları və geyimləri ilə Amerika sisteminin əsas sütununu təmsil edən Konqresdə bütün dünyaya, xüsusən ABŞ xalqına gözlənilməz qalmaqal və xaos görüntüləri nümayiş etdirdilər.
"Qaragüruh", "banda", "üsyançı" kimi də tanınan Tramp tərəfdarlarının binanı doldurmasından sonra sessiya təxirə salındı, iclasa rəhbərlik edən vitse-prezident Mayk Pens də daxil olmaqla Konqres üzvləri binanın içərisindəki etibarlı yerlərə sığındılar. ABŞ sisteminin ən vacib və sığınacaqlı binası prezident seçkilərinin nəticələrindən narazı olan, ölkənin dörd bir yanından gələn Respublikaçı ağdərili vətəndaşlar tərəfindən işğal edildi.
Televiziyaların fasiləsiz canlı yayımları, ani mesajları, rəsmi açıqlamalar və sosial mediadan gələn reaksiyalar... Bütün ABŞ və demək olar ki, dünya Konqres basqınına odaqlanmışdı. Təxminən dörd saat davam edən qarışıqlıq və qeyri-müəyyənlikdən sonra bölgəyə əlavə mühafizə qüvvəsi göndərildikdən sonra Konqres üsyançılardan tamamilə təmizləndi və axşam saatlarında paytaxtdakı vəziyyət nəzarət altına alındı.
Bütün işarələr Trampı repressiyanın fitnəkar günahkarı kimi göstərsə də, paytaxtdakı bu hadisənin Amerika demokratiyasına və növbəti siyasi prosesə necə təsir edəcəyi müzakirə olunmağa başladı.
Konqres basqınına aparan proseslər
Konqres basqının ayaq səsləri hələ seçkilər keçirilməmişdən əvvəl eşidilməyə başlamışdı. Tramp yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbiylə əvvəllər müəyyən şərtlər altında tətbiq olunan əyalətlərdə poçt yoluyla seçki hüququnun az qala bütün seçicilərə qədər genişləndirilməsinin əleyhinə idi. Bu tətbiqin Demokratların səslərinin artmasına səbəb olacağını bilən Tramp, "Mən qalib gəlsəm, seçkilər qanuni keçir, Demokratlar qazansa, mütləq aldadacaqlar" deyərək bu iddianın əsasını qoymağa başladı. Tramp kampaniyası, seçkilərdən əvvəl poçt səsverməsinin qarşısını almaq üçün bəzi əyalətlərindəki məhkəmələrə də müraciət etdi, lakin alınmadı.
Demokrat partiyanın namizədi Co Bayden 3 noyabr prezident seçkilərində qalib gəldikdən sonra Tramp hər fürsətdə "saxtakarlıq və qanunsuzluq" olduğunu dilə gətirərək nəticələri qəbul etmədi. Qanunsuzluqla bağlı əhəmiyyətli dəlillər təqdim edə bilməsə də, iddialarını hüquqi instansiyalara daşıdı. Bununla birlikdə, əyalət məhkəmələrinə və Ali Məhkəməyə etdiyi müraciətlər "dəlil çatışmazlığı" səbəbiylə rədd edildi. Bununla yanaşı, Demokratların beynində Respublikaçı elektoratın səsvermənin əhəmiyyətli bir hissəsində seçkiləri oğurladığı düşüncəsini hakim qılmağı bacardı.
Baydenin qələbə qazandığı prezident seçkilərinin rəsmi qeydiyyatının son mərhələsi olan 6 yanvar Konqres iclası Tramp tərəfdarlarının dəstəyini göstərə biləcəyi son mərhələ və Trampın son gülləsini atacağı vaxt idi. Nəticədə, Konqresə basqın bu son mübarizələrin işarəsi oldu.
Trampın söylədiklərinin seçki elektoratı üzərindəki təsirinin dərinliyi və ölkədəki demokratiyanın kövrəkliyi Baydenin prezidentliyi Konqresdə qeydə alınmadan əvvəl qeydə alınıb.
Tramp, qeyri-adi şəxsiyyəti, mövcud institusional quruluşlara və təmayüllərə uyğun olmayan siyasətləri ilə tarix səhifələrindəki yerini artıq tutmuşdur, lakin Konqres basqını Trampın ayaqlarına sıxdığı son güllə, Demokratlar isə Respublikaçılara qarşı siyasi üstünlük qazanmaq üçün qızıl lövhədə təqdim olunan fürsət kimi qəbul edilir. Təsadüfi deyil ki, həmin gün axşam hadisəyə sərt reaksiya verən əksər Respublikaçı üzvlərinin əvvəlki seçkilərin etirazlarını geri götürdükdən sonra Demokratlar Baydenin prezidentliyini Konqresdən asanlıqla keçirdilər.
Tramp Baydenin prezidentlik qeydiyyatından sonra ilk dəfə 20 Yanvarda keçiriləcək təhvilvermə mərasimində Ağ Evin kreslosunu Baydenə təslin edəcəyini açıqladı. Bununla belə, Trampın prezidentlik vəzifəsini təhvil verdikdən sonra hansı yolla gedəcəyini proqnozlaşdırmaq olduqca çətin görünür. Vəzifəsindən uzaqlaşdıqdan sonra ona qarşı açılacaq məhkəmələrdən yayınmaq üçün prezidentliyinin son günündə "xüsusi əfv" çıxaracağı şayiələrindən, respublikaçı tərəfdarlarını aktiv vəziyyətdə tutmaq və 2024 seçkilərində namizədliyini təkrar irəli sürmək ehtimalına qədər bir çox ssenari müzakirə olunur.
Zənci Corc Floydun Minnesota ştatında polis şiddəti nəticəsində ölümündən sonra başlayan etirazlarda Tramp administrasiyası daha çox “asayiş” prinsipini müdafiə etdi. Tramp və tərəfdarları 6 yanvarda ortaya çıxan xaosdakı tamamilə fərqli tutumlarına görə tənqid olunarkən, paytaxtdakı qarışıqlığın uzunmüddətli perspektivdə Respublikaçı elektorata necə təsir göstərə biləcəyi müzakirə mövzusudur.
Bəziləri tərəfindən “çevriliş cəhdi” olaraq qiymətləndirilən Konqres basqını ilə indiyədək ölkədəki Respublikaçılar elektoratı arasında özünə ciddi tərəfdar toplayan Trampın nüfuzunu itirəcəyi düşünülür. Son 4 ilə damğasını vuran "Trampizm"in son şousu olan bu basqınla marginallaşma prosesinə girib girməyəcəyi sualına cavab axtararılarkən, Respublikaçılar bazasının da orta və radikal qruplara parçalana biləcəyi də istisna edilmir.
Konqres basqını ABŞ cəmiyyətindəki hadisələrə yanaşma fərqlərini ortaya çıxardı. Respublikaçılar qanadı və radikal sağçılar Konqres basqınını seçki saxtakarlığına etiraz edən və buna öz reaksiyalarını göstərmək üçün təmsil edildikləri binaya girən vətəndaşların qanun pozuntuları olduğuna inanır, hadisənin hakimiyyət çevrilişi kimi cəmiyyətə sırıyan "solçu, saxta media” tərəfindən şişirdildiyinə inanırlar.
Digər tərəfdən, zənci Floydun qətli ilə başlayan və 2020-ci ilin yayında ölkəni silkələyən "Qara Həyatlar Dəyərlidir" etiraz aksiyalarını dəstəkləyən Demokratlar Konqres basqınında polisin laqeyd münasibətini "ikili standart" olaraq qiymətləndirdilər. İnsidentlə əlaqədar olaraq sosial medianın ən maraqlı mövzularından biri olan "Konqresə basqın edən insanlar Trampın tərəfdarı olan ağ Amerikalılar olmasaydı, mənzərə necə olardı?" sualı idi. Bir çox insan belə bir vəziyyətdə təhlükəsizlik qüvvələrinin buna əsla icazə verməyəcəyini, lazım gələrsə, nümayişçilərə ölümcül müdaxilə edəcəyini və belə bir basqın qaradərililər tərəfindən törədilərdisə, böyük ehtimalla, onlarla ölü, yaralı və minlərlə insanın həbsdə atılması ilə müşahidə olunacağını təxmin edirdi. Halbuki Trampı dəstəkləyən ağlar pəncərələrini və qapılarını sındıraraq daxil olduqları Konqresdən əllərini yelləyərək ayrıldılar.
Günün sonunda Konqresin basqını, Demokratlara kozur verərək manevr üçün daha geniş bir yer açmış kimi görünür, ancaq Trampizm ilə ölkədə getdikcə dərinləşən siyasi qütbləşmə Baydenin hakimiyyəti dövründə həll etməli olduğu əsas problemlərdən biri kimi gözləyir. Bu mənada 3 Noyabr 2020 seçkiləri ölkənin xeyli hissəsinin beynində "saxtakarlıq və qanunsuzluqla oğurlanan bir seçki" olaraq qalır.
Tramp isə tərəfdarları tərəfindən qlobal nizama və Vaşinqtonun elit şəhərciyinə meydan oxuyan qızıl saçlı bir qəhrəman kimi xatırlanmağa davam edir, baxmayaraq ki, o, rəqibləri tərəfindən şəxsi mənfəət naminə kreslodan ayrılmaq istəməyən bir hakimiyyət hərisi, diktator kimi ittiham olunur.
Tərcümə Ovqat.com-a məxsusdur.
08.01.2021
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar