Xəbər lenti

 
ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermədə, prezident Donald Trampın "xalqı üsyana təşviq etməkdə" günahlandırılaraq impiçment edilib. Senat da bu qərarı qəbul edərsə, Tramp prezidentlikdən uzaqlaşdırılaraq barəsində cinayət işi açılacaq.
 
Ovqat.com xəbər verir ki, 6 yanvarda Konqresə basqını təşviq etməkdə günahlandırılan 45-ci prezident Trampın impiçment edilməsi qərarı 197 əleyhinə, 232 lehinə səslə olunub.
 


Məlumata görə, demokratların böyük əksəriyyətilə yanaşı 9 respublikaçı konqresmen də qərarın lehinə səs verib. Beləliklə, ABŞ tarixində ilk dəfə bir prezident Konqres tərəfindən iki dəfə impiçment edilib.  
 
Donald Tramp ilk dəfə 2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskiylə telefon danışığına görə Nümayəndələr Palatası tərəfindən impiçment edilmiş və 2020-ci ilin fevralında isə bu qərar Senat tərəfindən rədd olunmuşdu. Müşahidəçilərin fikrincə, Senat növbəti dəfə Trampı xilas edə bilər.


 
Senatın bu məsələni nə zaman müzakirə edəcəyi isə bəlli deyil. Respublikaçı çoxluğun lideri Mitç Mak Konnell Trampın işinə baxacaq iclasın 20 yanvar tarixindən tez  toplanmayacağını bildirib. Dolayısı ilə Tramp barədə yekun qərar Co Baydenin prezidentliyi dövründə veriləcək.
 
Qeyd edək ki, Nümayəndələr Palatasının Demokrat deputatları dünən vitse-prezident Mayk Pensə müraciət edərək ABŞ konstitusiyanın 25-ci maddəsini əsas gətirib Trampı impiçment etməyə çağırmışdı. Penc isə təklifi geri çevirmişdi. Sonunda Palatanın özü bu qərara imza atmışdı.

Qərarın qüvvəyə minməsi üçün Senat üzvlərinin 2/3-dən çoxu – 67 senator da ona səs verməlidir. Əksəriyyəti respublikaçılardan təşəkkül tapan Senatdan bu qərarın çıxması xeyli müşkül görünür.




Ana səhifəyə qayıt        Baxış: 4 953          Tarix: 14-01-2021, 07:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma