Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
“Strateji, özü də sözdə ən böyük strateji ortağımızın ən böyük strateji rəqibimiz olan Rusiya ilə eyni cizgidə olması fikri əslində qəbuledilməzdir"
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sədri vəzifəsinə əsas namizədlərdən biri Antoni Blinken Türkiyəni nəzərdə tutaraq belə deyib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində senatorların suallarını cavablandıran Blinken, Türkiyənin bu mövqeyini dəyişməsə daha ağır sanksiyalara məruz qalacağını da istisna etməyib: "Düşünürəm ki, əvvəlcə mövcud sanksiyaların təsirini görməliyik. Ardından daha artığını edilib-edilməməsini müəyyənləşdirə bilərik".
Blinkenin fikrincə, Türkiyə bir çox cəhətdən müttəfiq kimi hərəkət etmir. “Bu, bizim üçün çox, həm də lap çox ciddi problemdir. Gözlərimizi bu məsələdən ayırmayacağıq”.
ABŞ ötən ayın 14-də Rusiyadan S-400 hava müdafiə sistemi satın alan Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Sanksiyalar Konqresinin həm Demokrat, həm də Respublikaçı üzvləri tərəfindən dəstəklənmişdi. Başqa Türkiyənin Müdafiə Sənayesi Başkanı İsmail Dəmir olmaqla üç yüksək vəzifəli şəxsi hədəf alan bu sanksiyalar CAATSA (Sanksiyalarla Amerikanın Düşmənlərinə Qarşı Mübarizə) çərçivəsində həyata keçirilir. ABŞ bu qanundan ilk dəfə bir NATO müttəfiqinə qarşı istifadə etmişdi.
Əslində Türkiyənin Rusiyadan S-400 almasının çox haqlı səbəbləri var: ABŞ, bütün israrlarına rəğmən Türkiyəyə “Patriot” HHM sistemləri satmır, dolayısı ilə dörd tərəfdən düşmən dövlətlərlə əhatələnmiş qardaş ölkəni xarici hücumlar təhlükəsi ilə üz-üzə qoyurdu. Türkiyə də məhz təhlükəsizliyini təmin etmək üçün Rusiyadan S-400 HHM sistemi almışdı.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar