Xəbər lenti

 

Rusiyadan alınan S-400 raketlərini iyunun ikinci həftəsində Türkiyəyə gətirilə bilər.

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir bu barədə açıqlama verib.

Bir düşüncə quruluşunun təşkil etdiyi "Enerji Təhlükəsizliyi: Fürsətlər və Təhdidlər" panelində çıxış edən İ.Dəmir S-400-ləri aldıqdan sonra Türkiyənin ABŞ tərəfindən sanksiyalara məruz qala biləcələrinin fərqində olduqlarını da gizlətməyib:

“Sanksiyalar müəyyən bir müddət ərzində bəzi çətinliklərlə üzləşməyimizə yol aça bilər. Ancaq bu silahların alınması yekun nəticədə müdafiə sənayemizin daha güclənməsi, gələcəyə daha sağlam addımlarla gedilməsi anlamına gələcəkdir. Sanksiyalar bizi çəkindirməyəcək, daha da gücləndirəcək".

 

 




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 4-07-2019, 18:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma