Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
THE JERUSALEM POST, İsrail 09.02.2021 Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionu üzündən ötən il sentyabrın sonlarında başlamış müharibə bu iki qonşu dövlət arasında uzun tarixə malik münaqişədə son toqquşma idi. Amma bu uzun tarixin yaratdığı yaralar və dağıntılar hələ də qalmaqdadır. Ravvin Zamir İsayev Azərbaycanın müharibə nəticəsində azad etdiyi ərazilərə baş çəkib və oradakı vəziyyəti öz gözləri ilə görüb. Azərbaycanın paytaxtı Bakıda anadan olmuş ravvin Zamir İsayev İsraildə boya-başa çatıb. Amma sonradan doğulduğu şəhərə qayıdıb və Bakıdakı yəhudi məktəbində direktor kimi çalışmağa başalayıb. Yeri gəlmişkən, həmin məktəbin bir çox məzunu Ermənistana qarşı son müharibədə iştirak edib. Ravvinin azad edilmiş ərazilərə yollanmasına əsas motivasiya məhz bu olub. “Mənim üçün keçmiş şagirdlərimin döyüşdüyü yerləri görmək mühüm əhəmiyyət kəsb edirdi”, - deyə ravvin Zamir İsayev bildirir. O, deyir ki, Azərbaycan Ordusunda döyüşmüş yəhudilərlə istər yəhudi icması, istərsə də bütün ölkə fəxr edir. Ravvin Azərbaycan-İran sərhədində yerləşən Zəngilan rayonunun inzibatı mərkəzi olan Zəngilan şəhərinə də baş çəkib. Şəhər 1993-cü ildən, yəni Birinci Dağlıq Qarabağ müharibəsindən bəri ermənilərin nəzarətində olub. Bütün bu illərdə buralara de-fakto “Dağlıq Qarabağ Respublikası” adlandırılan qondarma rejim nəzarət edib. Nəhayət, ötən ilin oktyabrında Azərbaycan bu rayonu da geri qaytarıb. Maraqlıdır ki, əslidə Zəngilan rayonu heç vaxt Ermənistanla Azərbaycan arasında mübahisə mövzusu olan Dağlıq Qarabağ regionuna aid olmayıb. Artıq Zəngilanın 43 minlik sakini təxminən 30 ildən sonra öz torpaqlarına qayıtmaq haqda düşünür. Amma... Ravvin İsayev deyir ki, bu sakinlərin qayıtmağa yerləri yoxdur. Çünki şəhər 1993-cü ildə bu yana Ermənistan ordusu tərəfindən tamamilə dağıdılıb. “Mən orada tamamilə dağıdılmış, xarabalığa çevrilmiş ruhlar şəhəri gördüm”, - deyə o, bildirir: “Şəhərdə demək olar ki, bütün tikililər məhv edilib. Açıq-aydın görünür ki, erməni işğalçıları bu şəhərdə məskunlaşmaq istəməyiblər. Onlar buraları dağıtmaqla, Zəngilanı heç vaxt öz şəhərləri hesab etmədiklərini göstəriblər”. Zamir İsayev öz səfəri haqda qısametrajlı filmində danışır. O, ingilis, ivrit və rus dillərində subtitirlərin olduğu filmi “Twitter”də də paylaşıb. Amma Azərbaycan artıq azad edilmiş ərazilərin bərpasına başlayıb. Xatırladaq ki, ötən ilin payızında alovlanmış müharibə Ermənistanın Dağlıq Qarabağ regionu ətrafındakı 7 rayona nəzarəti itirməsi ilə nəticələnib. Yerevanın bu rayonları güzəştə getdiyi tərəflər arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyannamədə təsbit olunub. Bu gün Ermənistandan Dağlıq Qarabağa gediş-gəlişi təmin edən Laçın dəhlizində rusiyalı sülhməramlılar dayanır. Laçın özü isə Yerevanın üztərəfli bəyannamə güzəştə getdiyi daha bir rayondur. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar