Xəbər lenti
Dünən, 19:25



Türkiyənin Kahramanmaraş şəhərində yanğınsöndürmə tədbirləri zamanı qəzaya uğrayan Rusiya təyyarəsinin bütün ekipaj üzvləri həyatını itirib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi də axtarış tədbirlərinə əməkdaşlarını cəlb edib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.

Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndərəcəyi qeyd olunub.



Ana səhifəyə qayıt        Baxış: 4 943          Tarix: 14-08-2021, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma