Xəbər lenti

Qondarma rejimin rəhbəri Araik Arutunyana sui-qəsd olub.

Musavat.com xəbər verir ki, bu barədə Karen Andriyan yazıb. Erməni jurnalistin iddialarına görə, Arutunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.

Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. "Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir" deyə Karen Andriyan bildirib.



Ana səhifəyə qayıt        Baxış: 5 558          Tarix: 7-10-2021, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma