Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Lent.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib və kollektivlə vidalaşıb.
Sabiq deputat Elton Məmmədov Lent.az-a R.Mehdiyevin istefa verməsini təsdiqləyib.
***
saat 17:30
Bu dəqiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təcili toplantısı keçirilir.
Lent.az xəbər verir ki, AMEA prezidenti Ramiz Mehdiyevin göstərişi ilə çağırılan iclas qapalı keçirilir. İclasda hansı məsələlərin müzakirə edildiyi isə hələ məlum deyil.
Bu barədə ətraflı məlumat veriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Bu barədə "Report"a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.
AMEA Mətbuat xidmətinin məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, 84 yaşlı R.Mehdiyev 23 oktyabr 2019-cu ildən AMEA-nın prezidenti vəzifəsində idi.
Bu gün, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.
Ölkə başçısı Prezident İlham Əliyevin Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev yaxın tarixdə ölkədə ondan başqa heç kəsə “Heydər Əliyev” ordeninin verilmədiyini xatırladıb: “Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”.
Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirb. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.
Daha sonra çıxış edən Rəyasət Heyəti üzvləri qısa müddət ərzində Ramiz Mehdiyevin rəhbərliyi altında xeyli uğurlu işlərin görüldüyünü deməklə, onun Akademiya prezidenti vəzifəsindən ayrılmasından təəssüf hissləri keçirdiklərini dilə gətiriblər. Amma akademiklə əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə ümidvar olduqlarını bildiriblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar