Xəbər lenti


Kamal Əliyev,

Politoloq


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin sədri Vahid Cəlilzadə deyib ki, sərhədlərimizin dəyişdirilməsini düşünənlərin arzusunu kabusa çevirəcəyik və bizim səbirimizi sınamayın. Və bu,bizim "qırmızı xəttimiz"dir.


Gördüyünüz kimi,İran İslam Respublikasının ali lideri ayətullahül-uzma Əli Əkbər Xamanei, prezident İbrahim Raisulsədati (qısaca Rəisi deyirlər) və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan (İsfahan mafiasının iribuynuzlusu) kimi bizim azərbaycanlımız, Urmiyalı Vahid Cəlilzadə də sərhədlərin dəyişdirilməsindən bəhs edir və israrla hədə-qorxu gəlirlər. Lakin bu, necə mövzudursa, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri, onun Avarayr tablosunu göstərərək, "bu ermənilərin farsa müqavimətini tərənnüm edir" deməsi iranlı rəsmiləri, medianı nə hikmətdirsə maraqlandırmır, diqqətini çəkmir. Diqqət edin, İran "böyük şeytan"adlandırdıgı ABŞ-la Zəngəzur mövzusunda sanki fikir ayrılıgı, ziddiyyət yaşamır. Əlbəttə, biz bu sıraya Fransanı da əlavə edə bilərik.


Konkret Vahid Cəlilzadəyə gəlincə, 2009-2013-cü illərdə Qərbi Azərbaycanın ostandarı olmuş azərbaycanlı Cəlilzadəmizin bu sayaq cəlallanması, artıq çox istifadə olunduqca, daha dogrusu, çeynəndikcə moddan düşən "qırmızı xətt" ifadəsini vurğulaması adamı heyrətləndirir. Halbuki, ortada İran hökumətinin israrla üzərində durduğu, bar-bar bağırdığı nə sərhəd dəyişikliyi var, nə də Zəngəzur koridoru mövzusu. Hətta deyərdim ki,bu saatdan sonra Zəngəzur dəhlizi mövzusu da qeyri-müəyyən müddətə təxirə salındı. Hərçənd,Nikol Paşinyan bundan əvvəl müəyyən güzəştlərə gedə biləcəyinə işarə etmişdi. Yəni bundan sonra Paşinyanın hər hansı güzəştə gedəcəyi onun hətta fiziki məhvinə səbəb ola bilər. Doğrudur,Paşinyan parlamentdə əvvəlcə nəyin bahasına olursa-olsun müəyyən güzəştlərə gedəcəyinin anonsunu verdi, lakin o,daha sonra heç nə imzalamayacağını da açıqladı... Səbəb çox sadədir: Həm azərbaycanlı Vahid Cəlilzadənin İranı, həm də Ermənistandakı siyasi qeyri-sabitlik qorxusu Nikolu geri addım atmağa sövq etdi.


Son olaraq, Cəlilzadənin "qırmızı xətt" və "kabus" sözlərinə gəlincə,bu dəqiqə əsl kabus İranda yaşanır. İran xalqı, azadlıqsevər qadınlar bu teokratik rejimin əsarətindən qurtulmaq üçün hicablarını, kəlağayılarını belə yandırmaqdan geri durmurlar. Rejimin şubiyə-şiə dünyagörüşü İran xalqının zəhləsini töküb. Və nəhayət,İranın rejim xidmətçilərinin(Alayı Xamaneinin xidmətçiləridir) dilində pələsənk olan"qırmızı xətt" ifadəsini "qırmızı ət" kimi də anlaya bilərik. Bunlar "qırmızı xətt" sözünü də hörmətdən saldılar. Necə ki, bir zamanlar Azərbaycanda istefa mədəniyyətini hörmətdən salanlar olmuşdu.






Ana səhifəyə qayıt        Baxış: 5 625          Tarix: 21-09-2022, 15:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma