Xəbər lenti



«İİR ilə Rusiya arasında yeganə fərq odur ki, hələlik Rusiyanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları keçirilmir. Amma indidən bəllidir ki, Ermənistana demokratik Qərblə deyil, İran və Rusiya ilə münasibətləri dərinləşdirməyi yalnız bir axmaq və ya satqın məsləhət verə bilər. Robert Köçəryanı isə axmaq adlandırmaq olmaz».


Ovqat.com xəbər verir ki, “ArmenianReport”un müəllifi Razmik Hakobjanyan Ermənistanın sabiq prezidenti  Robert Köçəryanın bugünkü çıxışını şərh edərkən belə deyib.


Qeyd edək ki, Köçəryanın bugünkü mətbuat konfransı sələfi Levon Ter-Petrosyanın Azərbaycanla kaputilyasiya aktına qol çəkməklə bağlı təklifinin  tənqidinə həsr olunmuşdu. Robert Köçəryan çıxışında Ermənistanın indiki ağır vəziyyətdə Rusiyadan və İrandan mədəd ummasını təklif etmiş, bu isə erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Razmik Hakobjanyanın qələmə aldığı «Robert Köçəryanın məsləhəti: axmaqlıq, yoxsa xəyanət?» sərlövhəli məqalə də bu iddialara cavab xarakteri daşıyır. Azərbaycan ictimaiyyəti üçün də aktuallığını nəzərə alıb məqalənin tərcüməsini təqdim edirik. 


Ermənistanın eks-prezidenti təhlükəsizlik baxımından Ermənistanın zəifliyini dərk etməklə bərabər, bunu yanlış yerdə - qeyri-sabitliyə qucaq açan yaramaz dövlətlərdə axtarır.


Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanla bağlı deyib ki, heç kim zəif ölkə ilə hesablaşmayacaq, dilənçilik edən ölkəyə hörmət etməyəcək: “Regionda bizim amilimiz azalıb, düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmışıq. Biz danışıqlar masası üzərindəyik, onun ətrafında deyilik”.


Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanla bağlı deyib ki, heç kim zəif ölkə ilə hesablaşmayacaq, dilənçilik edən ölkəyə hörmət etməyəcək: “Regionda bizim amilimiz azalıb, düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmışıq. Biz danışıqlar masası üzərindəyik, onun ətrafında deyilik”.


Köçəryan qeyd edib ki, müharibədən iki il sonra Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün İran amilindən istifadə etməyib. Eks-prezident hesab edir ki, “indi İranla razılığa gəlmək hələ gec deyil, çünki onun üçün regionda milli maraqların qorunması vacibdir”. Bu ifadələrin hər ikisi, yumşaq desək, birmənalı deyil və şərh tələb edir.


Başlayaq ondan başlayaq ki, Ermənistanı suverenlik və müstəqilliyin bir çox elementlərinin itirməsinə məhz Köçəryan səbəb olub. Köçəryan dövlətimizi bir növ “gözətçi iti” rolunda Kremlə yaraşırdı və  Rusiyanın ən yüksək rütbəli müxtəlif  məmurları tərəfindən açıq-aşkar təhqir olunurdu. Amma bu, Köçəryanı o qədər də narahat etmirdi. O, həmişə yalnız şəxsi hakimiyyətin təhlükəsizliyindən narahat olurdu.


O, ölkəni yadelli işğalçı kimi talayıb. Onun indi yonca içində yaşadığı və siyasi partiyasına sponsorluq etdiyi milyardlarının hamısı Rusiyanın xeyir-duası ilə əldə edilir. Erməni xalqından, Vətənimizdən oğurlanan pulla. Əslində, Köçəryan Kremlin gözündə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin yumşaq analoqudur. Yeganə fərq odur ki, Köçəryanı camaat devirməyib.


O, hakimiyyəti Serj Sarkisyana təhvil verdi və bununla da Kremlin bütün planlarını pozdu.


Və Putin Rusiyasının erməni xalqından qisası özünü çox gözlətmədi. Doğru anı gözləyən Rusiya birbaşa müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən imtina edərək, Türkiyə-Azərbaycan tandeminin Qarabağa qarşı müharibəyə başlamasına icazə verərək, kürəyindən bıçaq zərbəsi endirdi.


İqtisadi və hərbi nöqteyi-nəzərdən hazır olmadığımız müharibə məhz ona görə oldu ki, ölkəmiz Rusiyadan tam asılı vəziyyətə düşsün. Köçəryan hər zaman yalnız öz mənfəətini rəhbər tutub və ölkəmizin maraqlarına tüpürüb. Ermənistanın Putinin alyanslarına qarışması da bundan irəli gəlir. Ölkəmizin qazdan asılılığı və müharibə vaxtı ordumuzun rus zibilləri ilə silahlanması onun sayəsində oldu.


Kreml ölkəmizin enerji və siyasi təhlükəsizlik əldə etmək, yaxud aparıcı istehsalçı ölkələrdən ən müasir silah növləri almaq cəhdlərinin qarşısını həmişə alıb. Azərbaycan isə istədiyi hər  yerdən hər silahı alırdı. Bütün bunların nəticəsi hamıya məlumdur.


Baş verənlərin əsas günahkarlarından biri də Robert Köçəryandır. Amma o, gördüyümüz kimi, öz xəttinə sadiq qalmaqda davam edir.


O, Rusiya Federasiyasının xəyanətindən deyil, dövlətimizin zəifliyindən şikayət edərək, Rusiya ilə münasibətlərin daha da dərinləşməsini istəyir. O, həmçinin İranla münasibətləri dərinləşdirməyi təklif edir. İndi ən güclü etirazlarla sarsılan biri ilə. İranın da taleyini proqnozlaşdırmaq mümkün deyil. Üstəlik, şah ailəsi yenidən arenaya daxil olub. Və o, əlbəttə ki, Qərbin təşəbbüsü ilə arenaya çıxıb.


İstənilən halda İran ciddi sanksiyalara məruz qalan ölkədir. Eynilə Rusiya kimi. Bu ölkələrin hər ikisi Qərbin gözündə pariya statusuna malikdir. Hər ikisi iqtisadi cəhətdən geridə qalmış dövlətlərdir, burada demokratiya və vətəndaş azadlıqları illüziyası ümumiyyətlə yoxdur. Köçəryan görür ki, Rusiyanın öz vətəndaşları kütləvi şəkildə qaçır. Gözləri hara baxırsa qaçırlar.


Zorakılıqdan qaçırlar. Baxın, Moskvada həbsdə olan şair və fəal Artyom Kamardin döyülüb və zorakılığa məruz qalıb. Bu barədə “Novaya qazeta. Evropa” məlumat mənbəyini göstərmədən yazır. ,Nəşrin həmsöhbətinin sözlərinə görə, təhlükəsizlik qüvvələri Kamardini “çox pis döyüb və anusuna qantel taxıblar”.


Və belə misallar çoxdur. İranda ümumiyyətlə qaranlıq hökm sürür.





Ana səhifəyə qayıt        Baxış: 6 019          Tarix: 28-09-2022, 21:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma