Xəbər lenti


Dünən Bakıya gələn Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu gün hərbi və təhlükəsizlik məsələləri üzrə mütəxəssis olan texniki heyətlə bərabər Londona gedib.


Ovqat.com-un məlumatına görə, səfər Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə reallaşıb.


Akarın səfəri zamanı həmkari ilə ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq mövzularında fikir mübadiləsi aparılacağı gözlənilir.


Böyük Britaniyada bəzi müdafiə sənayesi şirkətləri ilə danışıqlar aparması planlaşdırılan Milli Müdafiə Naziri Akarı müdafiə və təhlükəsizlik məsələləri üzrə mütəxəssis olan mülki və hərbi personaldan ibarət texniki heyət müşayiət edir.


Xatırladaq ki, Böyük Britaniya bu yaxınlarda Türkiyəyə qarşı müdafiə sənayesi embarqolarını ləğv etmiş və sahədə ilk addımı atan Qərb  ölkəsidir.


Bu təhlilə də göz atın: ?

Türkiyə və İsrailin müdafiə nazirləri Bakıya niyə gəlmişdilər - İrana qarşı hərbi müdaxiləmi planlaşdırılır?






Ana səhifəyə qayıt        Baxış: 7 361          Tarix: 5-10-2022, 21:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma