
NATO ölkələrinin nümayəndələri alyansın baş katibi Yens Stoltenberqin varisinin namizədliyini aktiv şəkildə müzakirə edirlər. ABŞ bu vəzifəyə Kanadanın baş nazirinin müavini və maliyyə naziri Krista Friləndin gətirilməsini dəstəkləyir.
Ovqat.com-un məlumatına görə, bu barədə ABŞ-ın ən nüfuzlu nəşrlərindən olan “The New York Times” bildirib.
Nəşrin iddiasına inansaq, Krista Frilənd Ukrayna əsillidir.
Qeyd edək ki, NATO-nun indiki rəhbəri Stoltenberqin Səlahiyyət müddəti 2023-cü ilin payızında başa çatacaq və ondan sonra alyansın rəhbəri postunu kimin tutacağı ilə bağlı müttəfiqlər arasında artıq mübarizə başlayıb. Belə çıxır ki, Ukrayna savaşı ən azı gələn il payıza qədər davam edəcək və Rusiyaya həlledici zərbəni Ukrayna əsilli Krista xanım vuracaq. Əks halda Ukrayna əsilli bir xanımın bu vəzifəyə gətirilməsi planını başqa səbəblə əlaqələndirmək olmur.
“The New York Times”in yazdığına görə, Friləndin bir çox üstünlükləri var: o, rus və ukrayna da daxil olmaqla bir neçə xarici dildə sərbəst danışır, mətbuat konfransları keçirməyi və ictimaiyyət qarşısında təsirli çıxış etməyi yaxşı bacarır və indiyədək “mürəkkəb şöbələrə” rəhbərlik edib.
Paylaş: