Ukrayna müdafiəçiləri Kremennaya bölgəsində əks-hücum əməliyyatlarını bərpa ediblər. Bundan əlavə, rus işğalçıları Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində də hücuma keçəcəyindən ehtiyatlanırlar.
Ovqat.com-un məlumatına görə, bu iddianı ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri irəli sürüblər.
“Rusiya mənbələri Ukrayna qoşunlarının yanvarın 26-da Kremennaya bölgəsində əks-hücum əməliyyatlarını bərpa etdiyini iddia edib. Rusiyalı bloggerlərdən biri isə iddia edib ki, Ukrayna qoşunları yanvarın 25-nə keçən gecə Kremennaya bölgəsində Rusiyanın 144-cü motoatıcı diviziyanın (20-ci birləşmiş ordu, Qərb hərbi dairəsi) mövqelərinə hücum əməliyyatlarına başlayıblar”, - ISW-nin yeni hesabatında deyilir.
“Rusiyanın hərbi təbliğatçıları bildirirlər ki, guya ruslar ukraynalıların hücumunu dəf edə biliblər. Amma Ukrayna hərbçiləri Torski (Kremennayadan 14 kilometr qərbdə yerləşən qəsəbə) tərəfdən işğalçılara hücumu davam etdirirlər”, - deyilən hesabatda həmçinin bildirilir ki, Donetsk istiqamətində də aktiv döyüşlər gedir. Ruslar Uqledarı tuta bilməyiblər. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında işğalçıların hücumlarını dəf edib.
“Yanvarın 26-da Ukrayna rəsmiləri bildiriblər ki, Zaporojye vilayətində Rusiya qüvvələri lazım olan böyüklükdə və ya miqyasda hücum əməliyyatlar keçirmir. Ukraynanın Taurit istiqamətindəki Müdafiə Qüvvələrinin Mətbuat Mərkəzinin rəhbəri Yevgen Yerinin iddiasına görə, rus qoşunları Zaporojye istiqamətində hücum həyata keçirmək üçün kifayət qədər güclü zərbə qüvvəsi toplaya bilməyib, lakin o, etiraf edib ki, rus qoşunları Zaporojye bölgəsində canlı qüvvəsini bir qədər artırıb", - ISW-in hesabatında qeyd olunur.
Hesabatda vurğulanır ki, ruslar cəbhə xəttində də özlərinin ənənəvi “pripiska”larına sadiqlik nümayiş etdirirlər. Belə ki, onlar Zaporojye vilayətində cəbhə xətti boyunca irəliləyiş əldə etməyə çalışırlar. Lakin işğalçıların səyləri yalnız sözdə, təbliğatçıların açıqlamalarında əks olunur. Ekspertlərin fikrincə isə, onların Zaporojye istiqamətində hərəkətlərinin sürəti və effektivliyi çox aşağıdır.
“Bir neçə rusiyalı blogger Ukraynanın Zaporojye istiqamətində əks-hücum əməliyyatı keçirəcəyi barədə xəbərdarlıqlarını davam etdirərək vurğulayırlar ki, ərazidə sürdürülən quru hücumları və onu müşayiət edən informasiya əməliyyatı, böyük ehtimalla, Ukrayna tərəfinin səylərini puça çıxarmaq məqsədi daşıyır. Rogov (Zaporojye vilayətindəki qondarma "hakimiyyətin" nümayəndəsi) Ukrayna qüvvələrinin yaxın aylarda Melitopol və Berdyansk üzərində həlledici hücuma hazırlaşdığını söyləyir və onun təxminlərinə görə, Rusiyanın döyüş meydanındakı uğurları Ukrayna qoşunlarının qabiliyyətini azaldacaq. Rusiyalı bloggerlər isə, Ukrayna qüvvələrinin Orexov yaxınlığındakı Kamenskoe-Stepovo bölgəsində Rusiyanın hücumunun bərpası üçün tam operativ hazır vəziyyətə gətirildiyini bildirib. Bloggerin bu xəbərdarlığı Ukraynanın cəbhədəki fəaliyyətindən narahatlığın göstəricisidir”, - ISW analitikləri vurğulayıblar.
Paylaş: