Xəbər lenti




Kamal Əliyev,

“Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoloq

 

Almaniyanın Bavariya Federal əyalətinin paytaxtı Münxen şəhərində keçirilən 59-cu Təhlükəsizlik Konfransında müzakirə edilən əsas mövzu şübhəsiz ki, Rusiyanın Ukraynaya qarşı apardığı işgal müharibəsi idi. Lakin bununla yanaşı, Münxen Təhlükəsizlik Konkransının (MTK) müzakirə mövzularından biri də Cənubi Qafqaz, Azərbaycan-Ermənistan münasibətləri idi. Görünən budur ki, həm ABŞ, həm də Avropa İttifafaqı Cənubi Qafqazla bağlı yeni strateji hədəf müəyyənləşdirib. Bu, ondan ibarətdir ki, Qərb Yeni Dünya Nizamında Cənubi Qafqaz respublikalarını Rusiyanın təsir orbitindən uzaqlaşdırmaq, bu ölkələri demokratikləşdirmək istiqamətində “yol xəritəsi”, yeni “geopolitik hədəf” müəyyən edib. İndiki mərhələdə Qərbin əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi, Qarabağ probleminin siyasi həllinə nail olmaqdır.  Şübhəsiz ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi problemləri də diqqət mərkəzindədir. 

 

Əlbəttə, Qərb Azərbaycan və Rusiya arasında 2020-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında müqavilədən xəbərdardır. Lakin hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynadığı rolu mütləq nəzərə almalıyıq. Yəni bu, o deməkdir ki, Aİ və ABŞ üçün Azərbaycanda demokratiya və insan hüquqları mövzusu hələ ki, vacib əhəmiyyət daşımır.  Gürcüstana gəldikdə, bu ölkədə son illər müşahidə olunan avtoritarizm meyilləri, sabiq prezident Mixael Saakaşvilinin vəziyyəti Qərbi narahat edir. Ermənistan mövzusu isə bir az fərqlidir. Qərb Ermənistanda azad və demokratik seçkilərin keçirildiyini, parlamentarizmin funksionallıgını yüksək qiymətləndirir. Açıq deyim ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin nəzərində Cənubi Qafqazın demokratik lideridir. Qərb görür ki, Nikol Paşinyan Ermənistanı Rusiyanın hinterlandı olmagdan çıxarmaq istəyir və ölkəsininin Avro-Atlantik məkana inteqrasiyasında olduqca istəklidir.  Konkret Münxendə keçirilən müzakirələrə gəldikdə, deyə bilərik ki, maraqlı diskussiyalar baş tutsa da, hələ ki, ciddi nəticələrin olduğunu demək Doğru olmaz. Bizim üçün diqqət çəkən məqam ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdür. Bu üçtərəfli görüş həm də ona görə maraqlı idi ki, Vaşinqton bir daha tərəflərin mövqeyi ilə tanış oldu. İlham Əliyev görüşdən sonra jurnalistlərə dedi ki, Ermənistanın mövqeyində tərəqqi var var, ancaq bu, kifayət eləmir. Əliyevin dediyinə görə, Azərbaycan Ermənistanla birlikdə nəzarət buraxılış məntəqəsinin yaradılmasında maraqlıdır. İndi Azərbaycan tərəfi Ermənistana etdiyi təkliflərə cavab gözləyir. 

 

Fərz edirəm ki, ABŞ-ın Dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən görüşdə Laçın dəhlizi ətrafında da müzakirələr gedib. Uzun müddətdir ki, Qərb dairələri də Laçın dəhlizindəki azərbaycanlı ekoaktivistlərin aksiyasını “blokada” kimi görür və bu problemin həllini istəyir. Əliyevin dediklərindən belə çıxdı ki, Laçın yolunda heç bir blokadadan söhbət gedə bilməz və aksiyanın başladığı tarixdən yüzlərlə maşın ərazidən maneəsiz keçib. 

 

Yuxarıda da vurguladığım kimi, Münxendə keçirilən görüşdə konkret nəticələr əldə edilməsə də, plenar müzakirələrin keçirilməsi pozitiv addım idi. Xüsusilə, İlham Əliyev, Nikol Paşinyan və Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında keçirilən plenar görüş əhəmiyyətli idi. Hətta belə bu deyərdim ki, Cənubi Qafqaz ölkələrinin üç lideri arasındakı görüş həm də tarixi əhəmiyyət daşıyırdı. Həm ABŞ, həm də Avropa İttifaqı Cənubi Qafqazın demokratikləşməsi, Rusiyanın təsir orbitindən çıxmasının tərəfdarıdırlar. Doğrudur bu, çətindir, ancaq mümkün strategiyadır. Yetər ki, Azərbaycan, Gürcüstan və Ermənustanın siyasi rəhbərliyinin Qərbə inteqrasiyada siyasi iradəsi olsun. Zənnimcə, azərbaycanlılar, gürcülər və ermənilər dərk etməlidilər ki, Qərbə inteqrasiya onların maraqlarına tam cavab verir.  

 

Azərbaycan prezidenti İlham Əliyevin Münxendə azərbaycanlı jurnalistlərə İranla bağlı dedikləri də diqqətimi çəkdi. İ.Əliyev qeyd etdi ki, Tehranda Azərbaycan səfirliyinə terrorçunu göndərən və bu qəddar hadisəni törədən İran isteblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. İlham Əliyev ilk dəfə açıq bəyan etdi ki, bu terrorçu İran isteblişmentinin bəzi qolları tərəfindən göndərilib. Zənnimcə, Əliyev birbaşa ad çəkməsə də, rejimin ali rəhbəri Seyid Əli Xamaneiyə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) nəzərdə tutub. 

 

Bundan əlavə, İ. Əliyev şəffaf istintaqın aparılmasını tələb edib və bundan sonra iki ölkə arasında münasibətlərin normallaşa biləcəyini dedi. Belə nəticəyə gəlmək mümkündür ki, yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlərin normallaşacagını gözləmək əbəsdir. Hər iki ölkənin hakimiyyətlərinə yaxın media qarşılıqlı ittihamlarını davam etdirir. Bu, onu deməyə əsas verir ki, yaxın gələcəkdə Bakı və Tehran arasında münasibətlər daha da gərginləşəcək

 




Ana səhifəyə qayıt        Baxış: 6 314          Tarix: 19-02-2023, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma