Xəbər lenti


Münxendə görüş zamanı Azərbaycan Prezidenti konkret ünvanlı bəyanatlar səsləndirdi. Azərbaycanın siyasətini və addımlarını bildirdi. Əsas maraqlı məqam isə birbaşa olaraq "Rusiyanın Kriminal Oliqarx”ı ilə bağlı fikir oldu. Prezident onun barədə bu fikri səsləndirməklə əslində Amerika və Avropa ilə yanaşı Rusiyaya da mesaj verdi. Yəni bu adam orada ola-ola heç bir danışıq ola bilməz. Blokada məsələsində isə məhz Vardanyanın Qarabağa giriş-çıxışı barədə fikir bildirdi. 

 

Əslində Qarabağ probleminin yaranması və hazırda belə vəziyyətdə olmasına səbəbkar məhz Rusiyadır. Hətta bura rus dilində "naqorniy" "dağlıq"   sözünün sonradan deyildiyini və Azərbaycanda Dağlıq Qarabağ adlı yer olmadığını bildirdi. 

 

Dünənki görüş əslində yenilik gətirmədi və sülhə bir töhvə vermədi. Çünki sülhün şərtləri bəllidir. Qərb və Avropanın təklif etdiyi sülh sazişi optimal olasa da, son anda Rusiya ora Vardanyanı gətirdi. Azərbaycan tərəfi Qarabağda yaşayan etnik erməni icması ilə hansısa formada dil tapacağını bildirsə də, son anda Rusiyanın addımı bu işə mane oldu. Prezident bildirdi ki, Azərbaycan tərəfi heç vaxt Rusiya vətəndaşı olan kriminal ünsürlə danışıq aparmayacaq. 

 

Bu isə o deməkdir ki, Qarabağ məsələsində problem məhz Kremlin hərəkətlərindədir. Əslində isə Qafqaz regionu tamamən Kreml siyasətindən bezib. Ermənistan isə hazırda birbaşa Qərbin patronajlığını qəbul edərək Rusiyanın dayaqlarını zəiflətmək istəyir. Qərbin planında isə Qafqazda əsas söz sahibi məhz Türkiyənin olmasıdır. 

 

Laçın koridoruna Azərbaycanın blok post qoymaq istəməsi də, rəsmi dildən səsləndirildi. 

 

Ermənistan isə Rusiyanın onu sıxacağını bilir və bu üzdən üzünü Türkiyəyə çevirir ki, olası bir iqtisadi sıxıntı zamanı Türkiyə onu ayaqda saxlasın. 

 

Regionda havalar isinməkdədir. Regionun belə hərarətli olmasında və sülhün əldə edilməməsində yeganə səbəb Kremldir. Bu artıq rəsmi dövlət başçıları tərəfindən səsləndirilən fikirdir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 810          Tarix: 20-02-2023, 07:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma