Xəbər lenti
Bu gün, 19:25


 

BMT Baş Assambleyası Ukraynada “xüsusi əməliyyatın” başlanmasının ildönümünə həsr olunmuş qətnamə qəbul edib.

 

Ovqat.com xəbər verir ki, sənədi 141 ölkə dəstəkləyib, 7 ölkə əleyhinə, 32 ölkə bitərəf qalıb.

            

Sənədin əleyhinə səs verən ölkələr: Rusiya, Belarus, Suriya, Şimali Koreya, Nikaraqua, Mali, Eritreya

 

Bitərəf qalan 32 ölkədən bəziləri: Çin, Hindistan, Ermənistan, Qazaxıstan, İran.

 

Qətnamə layihəsi Ukrayna və onun müttəfiqləri tərəfindən təklif edilib. 

 

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba qeyd edib ki, sənəd Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisindən tamamilə çıxarılmasını, hərbi əməliyyatların dayandırılmasını tələb edəcək. Tvitter hesabında qətnamənin qəbulunu şərh edən Kuleba qeyd edib ki, qətnamənin 141 ölkə tərəfindən qəbul edilməsi xüsusi əməliyyatın başlamasından bir il sonra “Ukraynaya qlobal dəstəyin güclü olaraq qaldığını” göstərir.

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə bu qətnamə layihəsini “anti-Rusiya və zərərli”, “birtərəfli və reallıqdan uzaq” adlandırıb. Nebenzya həmçinin qeyd edib ki, sənəd Rusiya ilə Qərb arasında münaqişənin “sülh yolu ilə həllinə keçməyə” imkan verməyəcək.

 

Azərbaycanın bu səsvermədə hansı mövqeni sərgilədiyi barədə məlumat yoxdur. Adətən belə vəziyyətlərdə rəsmi Bakı toplantılarda iştirak etməmək xəttini tutur.




Ana səhifəyə qayıt        Baxış: 5 391          Tarix: 24-02-2023, 10:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma