Xəbər lenti

 

Moldova prosesi xeyli narahatlıq doğurur. Hər nə qədər özünün tarixi arxaplanı olsa da və regional dinamikalardan qaynaqlansa da Moldova prosesinin Cənubi Qafqazla kəsişdiyi müstəvi də var. 

 

Ukrayna və Moldova kimi Azərbaycan və Gürcüstanın da KTMT və NATO arasında rəsmi şəkildə bölüşdürülməsi tamamlanmayıb. GUAM ölkələri kimi də adlanan bu 4 ölkə iki hərbi blok arasında boz zona sayılır. 

 

Rusiya bu və ya digər şəkildə GUAM dördlüsünün hər birinə qoşunlarını yeridib. Məqsəd bəllidir: Rusiya bu ölkələrin rəsmi olaraq NATO-ya keçidinə imkan vermək istəmir. Rusiya “qismən işğala qarşı hərbi blokun seçilməsinə imkan verməmək” strategiyası ilə hər dörd ölkədə statuskvonu qoruya bilib. Ancaq 17 dekabr 2021-ci ildə Rusiya ultimatum yayımlayaraq Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının özünün nüfuz bölgələri kimi tanınmasını tələb etdi, tələbi qəbul olunmadıqda Ukraynada müharibəyə başlayaraq bunu güc yoluyla təmin etməyə çalışdı. 

 

Rusiyanın bu addımından dərhal sonra da Amerikanlar Şimali Avropada neytral qalan Finlandiya və İsveçin rəsmiləşdirilməsinə başladı. Əgər böyük güclər bu münaqişənin sonunda arada qalan bütün neytral bölgələrin bölüşdürülməsini tamamlamağı nəzərdə tutursa… Azərbaycan da neytral ölkədir. Demək ki, bu “rəsmiləşdirmə” mübarizəsi bizim regionu da gözləyir. Məncə, Rusiyada hər kəs başa düşür ki, Şərqi Avropadakı nüfuz bölgəsi əldən çıxdıqdan sonra sıra Cənubi Qafqaza gələcək. 

 

Bir sözlə, Ukraynadan sonra, hadisələrin Moldovaya da sıçraması bizim region üçün çox ciddi həyəcan siqnalı olacaq. 

 

Şərqə Baxış Analitik Mərkəz





Ana səhifəyə qayıt        Baxış: 6 031          Tarix: 3-03-2023, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma