“Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərarimiz vardı”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan deyib.
“Biz müharibədə Davidi (Ermənistan ordusunun əsgəri -red) və onun kimi daha 4 000 əsgəri itirdik, çünki çoxları cəbhəyə getmədi, müharibə zamanı Ali baş komandan Vətəni müdafiə etmək üçün könüllüləri çağıranda onlar çağırışa gəlmədilər. Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı”.
Anna Akopyan bununla yanaşı kişilərə hörmət etdiyini deyərək, eyhamla danışıb: “Mən sizə, arvadlarınıza, uşaqlarınıza hörmət edirəm, amma icazə verin, bu hörməti saxlayım”.
"Azərbaycan 24"
Paylaş: