Xəbər lenti


 

Ermənistan Rusiyadan silah almayıbsa, o zaman Azərbaycanın 2020-ci ildə keçirdiyi Qələbə paradda hərbi qənimət olaraq nə nümayiş etdirirdi?”.

 

Ovqat.com-un məlumatına görə, Ermənistan Respublika partiyasının sözçüsü, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov Paşinyanın Serj Sarkisyan barədə ittihamlarına cavab verərkən belə deyib.

 

O, bildirib ki, Bakıda Qənimətlər Parkını “bəzəyən” silahların və hərbi texnikaların böyük əksəriyyəti Sarkisyanın dövründə və böyük əksəriyyəti Rusiyadan alınıb.

 

Şarmazanov onu da xatırladıb ki, Ermənistan Sarkisyanın dövründə Rusiyadan “İsgəndər” raketləri alan ilk dövlət idi və rus bazasının bu ölkədə qalma müddətinin uzadılması haqqında Moskva ilə saziş imzalamışdı.

 

Qeyd edək ki, Ermənistan baş naziri Paşinyan dünən parlamentin tribunasından Sarkisyanın 2016-cı ildə yazdığı məxfi məktubuna istinad edərək bildirmişdi ki, Sarkisyanın prezidentliyi dövründə Rusiya Ermənistana silah tədarükünü məhdudlaşdırıb. Eləcə də Sarkisyanın hakimiyyəti dövründə Rusiya Federasiyası ilə Azərbaycan arasında çoxmilyardlı silah sövdələşmələri imzalanmşdı. Baş nazirin fikrincə, bu faktlar Sarkisyanın Moskvanın nəzdində gözdən düşdüyünü göstərir və “keçmiş hakimiyyətin Paşinyanı Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham etməyə haqqı yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 5 584          Tarix: 13-04-2023, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma