Xəbər lenti


 

G7 liderlərinin Yaponiyanın Xirosima şəhərində keçirilən builki toplantısında əsas gündəm maddəsi Rusiya-Ukrayna müharibəsi idi.

 

Ovqat.com-un məlumatına görə, sammitdə artıq bu məsələ ilə əlaqədar birgə bəyanat verilib.

 

Bəyanatda önə çıxan sətir başları:

 

  1. G7 ölkələri Ukraynaya iqtisadi yardım göstərərək olkəyə 2023-cü il və 2024-cü ilin əvvəlləri üçün büdcə dəstəyi artıq təmin edilib;

 

  1. Moskva Ukraynadakı müharibədən vurduğu ziyanı ödəyənə qədər Rusiya Federasiyasının aktivləri dondurulmuş vəziyyətdə saxlanılacaq;

 

  1.  Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadəsi məhdudlaşdırılacaq;

 

  1.  G7 ölkələri sanksiyalardan yayınmaq məqsədilə "Rusiya banklarının filiallarının üçüncü ölkələrdə istifadəsinin" qarşısını almaq üçün tədbirlər görəcək;

 

  1.  Nüvə enerjisi sahəsində Rusiyadan asılılıq azaldılacaq;

 

  1. Rusiya Federasiyasının maliyyə sektoruna qarşı tədbirlər görüləcək, yalnız "lazımi əməliyyatlar" üçün maliyyə kanalları qorunacaq.

 

G-7 sammitində Çinə qarşı sanksiyaların tətbiq olunması barədə müzakirələrin aparılması da gözlənilir. Bəzi müşahidəçilər isə Çin barədə yekun qərarın çıxarılmasının Rusiya qədər asan olmayacağı görüşündədirlər. Çünki Çin dünyanın iqtisadi cəhətdən ən böyük 2 gücündən biridir, həm istehsal gücü, həm də istehlak potensialı baxımından böyük əhəmiyyət daşıyır. Çinə qarşı tətbiq olunacaq hər hansı iqtisadi sanksiyanın qlobal böhrana yol açacağından çəkinilir. 

 

Xüsusilə Fransa prezidenti Emmanuel Makronun bir müddət əvvəl Çinə etdiyi səfər zamanı səsləndirdiyi bəzi fikirlər Qərb dünyasında xəyal qırıqlığı yaratmışdı. Bu sammitdə də Makronun Çinlə bağlı qərara təsir göstərəcəyi gözlənilir.

 

G-7 dünyanın ən qabaqcıl sənaye dövlətlərinin bir araya gəldiyi platformadır. Bəzi iddialara görə, bu platforma Rusiya və Çinin inkişafını əngəlləmək məqsədilə yaradılıb. İttifaqın üzvləri bunlardır: ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya.




Ana səhifəyə qayıt        Baxış: 5 257          Tarix: 19-05-2023, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma