Xəbər lenti

 


 

Vaşinqton Ukrayna münaqişəsinə son qoymaq və Çinlə məsələlərə aydınlıq gətirmək mərhələsinə keçmək üçün Kiyevi Moskvaya ciddi güzəştlərə getməyə vadar etməlidir”.

 

Ovqat.com-un məlumatına görə, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Vivek Ramasvami deyib.

 

O, ABC News telekanalına açıqlamasında bildirib ki, Ukrayna münaqişəsinin maliyyələşdirilməsi ABŞ-ın maraqlarına uyğun deyil. Prezident iddialısının fikrincə, ABŞ diqqətini ən qısa zamanda Vaşinqton üçün əsas təhlükə olan Çinə yönəltməlidir.

 

Ramasvami həmçinin bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına da imkan vermək olmaz, çünki bu, Asiyada Pekinə qarşı mübarizə aparmağa hazırlaşan Vaşinqtonun əl-qolunu bağlaya bilər. “Çin Tayvana müdaxilə etməyi planlaşdırır, iki nüvə fövqəldövləti ilə eyni zamanda münaqişəyə girmək Vaşinqtonun marağında deyil”, - Ramasvami bildirib.

 

Ramasvami hind kökləri olan amerikalı iş adamıdır, respublikaçıdır. 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. O, bir müddət əvvəl Çinin Tayvanı işğaldan əvvəl Qərbin hərbi potensialını tükəndirmək üçün Ukraynadaki münaqişənin uzanmasını istədiyini bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 5 703          Tarix: 5-06-2023, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma