Müəlliflər: Səid Qolkar və Kasra Aarabi
İranda etirazlar onuncu aydır davam etdiyindən, hətta rejim mənsubları arasında belə, İslam Respublikasının daxilən qeyri-sabit olduğuna və üfüqdə inqilabın göründüyünə inananları sayı artır.
Lakin bu nəticəyə çatan insayderlər qrupu - əsasən "islahatçı" adlandırılan fraksiyanın nümayəndələri inanırlar ki, hələ də ruhani sistemə ümid etmək olar. Rejim əleyhinə etirazların pik nöqtəsində, islahatçı elita adlanan qrupa yaxın, rejimə bağlı iqtisadçı Möhsün Ranai yazır: “[Yuxarıdan] inqilab olmasa… inqilab aşağıda təbii olaraq baş verəcək”. Başqa sözlə, aşağıdan xalqın başçılıq etdiyi inqilab olmadığı müddətcə və “islahat” imkanı itirilsə, “yuxarıdan inqilab” ehtimalı hələ də mövcuddur . Onlar iddia edirlər ki, belə bir “inqilab” rejimi qoruyub saxlayacaq və qan tökülməsini məhdudlaşdıracaq.
Bəs İslam Respublikasında “yuxarıdan inqilab” nə deməkdir?
Otuz ildən artıqdır ki, dini lider Ayətullah Əli Xamenei ruhani qurumda mütləq hakimiyyətini qoruyur. Onun hakimiyyəti dövründə İslam Respublikası daha ideoloji, totalitar və repressiv xarakter alıb.
Hələ də ruhani rejimə sadiq qalan bu elita hesab edir ki, Xamneyi “yuxarıdan inqilab” üçün ən böyük maneədir və buna görə də onun daha çox ehtimal olunan varisinə - oğlu Müctəbaya arxalanırlar.
İranın daxilində və xaricində bütün ekspertlər Xamneyidən sonra iki qatı islamçı ruhaniyə işarə edirlər: hazırkı prezident İbrahim Rəisi və Müctəba Xameneyi.
1988-ci ildə siyasi məhbusların kütləvi edamında oynadığı rola görə "Tehran qəssabı" kimi məşhurlaşan Rəisinin radikal islahatçıdan olmadığını Məhsə Əmininin vəhşicəsinə öldürülməsindək rolu ilə yanaşı, 2022-ci ilin sentyabrında başlayan etirazların qanla yatırılması da göstərdi. Xamneyinin kölgədə fəaliyyət göstərən oğlu haqqında isə çox az məlumatlar var.
Məhz bu səbəbdən rejim elitasının bu qruplaşması ümid edir ki, Müctəba Xamneyi Yaxın Şərqdə növbəti radikal modernləşdirici siyasətçi kimi ortaya çıxacaq, Fars körfəzinin o tayındakıları təqlid edəcək və İslam Respublikasını yuxarıdan dəyişdirəcək. Siyasətçilər və digər analitiklərlə apardığımız söhbətlərə görə, İrandan kənarda da buna inanan bəzi çevrələr var.
Ərəb monarxiyalarının modern gənc liderlərinin (məsələn, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman (MBS) kimi) fəaliyyəti sayəsində transformasiyası onların öz ölkələrində ən azı mədəni və sosial liberallaşma sahəsində inqilab etmələri ilə bağlıdır. Ərəb monarxiyalarının ən kəskin tənqidçiləri belə, son bir neçə ildə baş verən dəyişikliklərin “yuxarıdan gələn inqilaba” bənzədiyini vurğulayırlar.
Bəs ayətullahın oğlu da bunu edə bilərmi? Qısa cavab - xeyr. Üç əsas göstərici Müctəbanın nə üçün İran üçün radikal modernləşdirici ola bilməyəcəyini göstərir.
Birinci amil Müctəbanın keçmişi və şəxsi təcrübələri ilə bağlıdır. Ölkəni transformasiya etməyə, müasirləşdirməyə çalışan lider olmaq istəyən şəxs ya müasir təhsilə malik olmalı, ya da ən azı yaxşı səyahət etməli və yaxud xarici dünya ilə əlaqə saxlamalıdır. Axı, onların dəyərini qiymətləndirmək üçün mədəni və sosial liberallaşmanın və müasir dünyanın bəhrələrini yaşamaq lazımdır. Müctəba Xameneinin isə belə bir xüsusiyyəti yoxdur. Ali Rəhbərin oğlu nəinki son dərəcə təcrid olunmuş bir tərbiyə alıb, hətta İrandan kənara belə çıxmayıb.
On yeddi yaşında Müctəba İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub və səkkiz illik qanlı İran-İraq müharibəsində məşhur ideoloji birlik olan 27-ci Məhəmməd Rəsulullah diviziyasının tərkibində vuruşub. Bu hərbi birləşməni SEPAH-ın dərindən antisemit olan və Livan Hizbullahının qurucularından biri kimi tanınan Əhməd Motevaselian təsis edib. Məhəmməd Kövsərinin komandanlığı altında Müctəba ən radikal sağ islamçılardan təşəkkül tapan Həbib Batalyonunun tərkibində döyüşüb, hansı ki, bu qrupa daxil olanların əksəriyyəti sonradan rejimin təhlükəsizlik və kəşfiyyat orqanlarının əsasını təşkil edib.
Müharibədən təxminən on il sonra, 1999-cu ildə Müctəba dərin mühafizəkar Qum siə hövzəsində ənənəvi ruhani təhsilə başlayıb. Onun oradakı təhsilinə Ayətullah Məhəmməd Təqi Məsbah-Yəzdi kimi atasının ən yaxın və ən ekstremist dostları, ruhanilər nəzarət edib. Bir neçə il sonra, 2002-ci ildə Məsbah-Yəzdi “Qərb əxlaqsızlığını” təbliğ edən və nikahdankənar əlaqələrlə məşğul olan iranlı gənclərin öldürülməsinə çağıran fətva verib ki, bu da İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbiləşdirilmiş qolu Bəsic tərəfindən silsilə qətllərlə nəticələnib.
Qumdakı təhsilindən sonra Müctəba atasının birbaşa və yaxın nəzarəti altında İranın ən güclü təhlükəsizlik güc mərkəzi olan Ali Rəhbərin Ofisində vəzifə yerinə yetirmək üçün Tehrana qayıdıb. O, hətta müctəhid olmaq və ayətullah ruhani statusunu əldə etmək üçün Ali Rəhbərin Aparatında atasından dərs-e xaric dərsini (şiə fiqh ixtisası dərsləri) almağı üstün tutub. Zaman keçdikcə ağsaqqal Xamenei oğlunu ofisinə rəhbərlik etməyi, bu rolunu dəmir yumruqla həyata keçirməyi öyrədib.
Müctəbanın ilk siyasi təcrübəsi 2005-ci ildə, digər namizədlərin şikayətlərinə baxmayaraq, prezident seçkilərinin qatı Bəsic üzvü Mahmud Əhmədinejadın xeyrinə seçki manipulyasiyasına rəhbərlik etdiyi zaman başlayıb. O vaxtdan bəri atasının tam dəstəyi ilə Müctəba İslam Respublikasında qərarların qəbulunda ciddi iştirak edərək Ali Rəhbərin Ofisinə nəzarət edən pərdə arxasında qalan şəxs kimi ortaya çıxıb.
Diqqət yetiriləcək başqa bir amil Müctəbanın yaxın ətrafı ilə əlaqədardır. Ali Rəhbərin oğlunun ətrafına rejim elitasının gələcək nəsli arasında ideoloji cəhətdən ən ekstremist din xadimləri daxildir, məsələn, sərt dəsti-xətti ilə seçilən və Ammar Qərargahına rəhbərlik edən keçmiş SEPAH Kəşfiyyat rəhbərinin qardaşı Mehdi Taeb; Alireza Panahian, SEPAH-a bağlı ekstremist din xadimi, SEPAH-ın təlqin proqramında aparıcı rola malik olan və İslam Təbliğat Təşkilatına rəhbərlik edən Məhəmməd Qomi.
Bu ekstremist din xadimləri və onların mübariz ardıcılları İran əhalisinin kütləvi mədəni və sosial liberallaşmasına qarşı amansız zorakılıq tədbirlərinin önündə olublar. Onlar həm də ən radikal islamçı doktrina olan Məhdəviyyət militarist doktrinasının aparıcı müdafiəçiləridir. Bu ideologiyanın tərəfdarları inanırlar ki, İsrailin kökünün kəsilməsi şiə müsəlmanlarının 874-cü ildə qeybə çəkilmiş on ikinci imam Məhəmməd əl-Mehdinin geri qayıtmasını asanlaşdıracaq. Müctəba atasının ölümündən sonra hakimiyyətə gələrsə, bu “ideoloji cəhətdən təmiz” adlanan qrup yüksək elit hakimiyyət postları ilə mükafatlandırılacaq və yeni Ali Rəhbərin ən yaxın adamları olacaq.
Nəhayət, Ayətullahın oğlundan hansı baxışı birləşdirmək olar? Müctəba az söz danışan adam olub və kölgədə fəaliyyət göstərməyə üstünlük verib. Buna baxmayaraq, hərəkətləri ilə sözlərdən daha yüksək səslə danışmağa meyllidir.
Sızdırılmış SEPAH kəşfiyyat hesabatı göstərir ki, Müctəba Xamenei son anti-rejim etirazlarında İran vətəndaşlarının zorakılıqla yatırılmasına əmr verməkdə mühüm rol oynayıb. Hesabatında iddia edilir ki, Müctəba ümummilli etirazları neytrallaşdırdıqları üçün rejimin təhlükəsizlik qüvvələrinə “təşəkkürünü” çatdırsa da, Bəsicləri küçələrdə olanları yatırmaq üçün daha yaxşı təchiz olunmaq çağırışlarına məhəl qoymadıqlarına görə tənqid edib.
Bu hesabat İranda keçmiş anti-rejim etirazları ilə mübarizədə Müctəbanın birbaşa komandanlıq roluna uyğundur. 2009-cu ildə Yaşıl Hərəkat kimi tanınan seçkidən sonra keçirilən etirazlar zamanı rejim daxilindəki şəxslər Müctəbanın daha çox liberallaşma tələb edən etirazçılara qarşı SEPAH-ın Bəsic əməliyyatlarının koordinasiyasını tam nəzarətə götürdüyünü bildirir. 2009-cu il üsyanlarının yatırılması zamanı qondarma “islahatçı fraksiya”nın hesabatlarına əsasən, milli təhlükəsizlik görüşləri Müctəba tərəfindən şəxsən nəzarət olunmaq üçün Ali Rəhbərin Ofisinə köçürüldü. Etirazların zorakılıqla yatırılmasında məhz Müctəbanın bilavasitə rolu olub ki, ona qarşı “Müctaba, ümid edirik ki, sən öləcəksən, ona görə də ali rəhbərliyi heç vaxt görməyəcəksən” kimi məşhur şüarlar səsləndirilib.
Bundan əlavə, atası kimi Müctəbanın da mütləq ruhani qəyyumluğuna və onun iki əsas prinsipinə: daxili islamlaşma və İslam İnqilabının ixracına tabe olan radikal şiə islamçı fraksiyaya aid olduğu məlumdur.
Bu, Ranai kimi “yuxarıdan inqilaba” dəstək verən elitanı məyus edə bilsə də, Müctəbanın bölgədə növbəti radikal modern lider kimi ortaya çıxacağı fikri arzudan başqa bir şey deyil. Əslində, indiyə qədər məlum olanlara görə, Ayətullahın oğlu atasının yolunu davam etdirəcək, amma bəlkə də 54 yaşını nəzərə alsaq, daha gənc enerji ilə.
Bunu nəzərə alsaq, görərik ki, son on ayda keçirilən nümayişlər İramda aşağıdan bir inqilabın baş verməsini şərtləndirir. Uğursuzluğa məhkum edilmiş bir alternativ kimi Müctəba ilə bağlı mərclərə girmək əvəzinə, beynəlxalq diqqət bu dinamikada əsl faktor olan İran xalqına dəstək olmalıdır.
Tərcümə etdi: Ovqat.com
Paylaş: