Bilirdinizmi, bilmirəm. Amma etiraf edim ki, mən şəxsən bilmirdim, bu gün təsadüfən öyrəndim. Sən demə, İslam xilafətinin ilk xəlifəsi Əbu Bəkrin əsl adı Əbdül-Kəbə imiş. İslamı qəbul etdikdən sonra peyğəmbərin təklifi ilə o, adını dəyişib, Abdullah qoyub. Çünki İslam inancına görə, insan oğlu yalnız Allahın qulu ola bilər. Əbdül-Kəbə isə ərəbcə “Kəbənin qulu” deməkdir və bütpərəstlik adət-ənənələrini çağırışdırırdı. Odur ki, Məhəmməd peyğəmbər bu adın dəyişdirilməsini məsləhət görüb.
Bəs, onda biz niyə onu Əbu Bəkr kimi tanıyırıq?
Bildiyimiz kimi, əbu sözü ərəbcə “atası” mənasına gəlir. Ərəblər atalarının adını bildirmək üçün “ibn”, övladlarının adını bildirmək üçün “əbu” sözündən (artiklindən) istifadə ediblər. Məsələn, Əbu Süfyan deyəndə nəzərdə tutulan şəxsin övladının adının Süfyan olduğunu anlayırıq. Belə çıxır ki, Əbu Bəkrin də oğullarından birinin adı Bəkir olub.
Tarixi məxəzlər isə ayrı şeylər deyir. Məlumata görə, Əbu Bəkrin 4 xanımı olub və onlardan bir neçə qızı dünyaya gəlib. Oğlu isə cəmi 2 olub: birinin adı Ədbürrəhman, digərinin adı Məhəmməd. Deməli, onun Bəkir adlı oğlu olmayıb.
Bəs, o, bu künyəni hardan alıb?
Maraqlıdır k, bir çox islam tədqiqatçıları da bu suala cavab axtarıblar, amma yekun nəticəyə gələ bilməyiblər. Məsələn, Türkiyənin Dinayət Vəqfinin hazırladığı İslam Ensklopediyası bu suala belə cavab verir: “Bekir adlı bir çocuğu olmadığı halde kendisine Ebû Bekir künyesinin niçin verildiği konusunda kaynaklarda yeterli bilgi yoktur”. (Qaynaq: T.D.V. İslam Ansiklopedisi, Ebu Bekir mad., c. 10, s. 101., Hazırlayan: Mustafa Fayda)
Sözsüz ki, bu cür açıqlamalar adətən bəzi həqiqətləri açıq ifadə edə bilməməkdən qaynanır. Əslində isə İslamın ilk çağları dünyada ən çox araşdırma aparılan tarixi dövrdür. Bu dövr barədə bəlkə də yüzminlərlə, milyonlarla siyərnamələr yazılıb. Həmin dövrdə baş verən ən xırda məsələlər belə uzun-uzadı nəql olunub, üzərində ciddi mübahisələr aparılıb. İslam xilafətinin Məhəmməd peyğəmbərdən sonra ilk xəlifəsinin künyəsinin hardan gəlməsi barədə hər hansı məlumatın qeydə alınmaması bu mənada inandırıcı görünmür.
Sən demə, bir çox islam tarixçilərinin bu mövzuda sükuta üstünlük verməsinin səbəbi Əbu Bəkrin öz künyəsini oğlundan yox, qızından alması ilə əlaqədar imiş. Bildirildiyinə görə, xəlifə öz qızının bakirə olmasını ifadə etmək üçün bu künyədən istifadə edib və ilk müsəlmanlar da onu ucaltmaq üçün adına Əbu Bəkr, yəni bakirənin atası deyiblər.
Məlumdur ki, Əbu Bəkrin qızı Aişə bəzi qaynaqlara görə 6, bəzi qaynaqlara görə isə 9 yaşında peyğəmbərə ərə gedib. Belə məlum olur ki, o dövrün ərəbləri hətta 6-9 yaşlı qızın bakirəliyini çox böyük məziyyət hesab ediblər. Fikrimcə, bu nüans bəzi məlumatlara görə 2-ci xəlifə Osmanın, bəzi məlumatlara görə isə, bir başqa səhabə Qeyz bin Asimin pis yola düşməsin deyə qızlarını diri-diri basdırmasının səbəbini izah edir. Hətta iddia olunur ki, Qeyz bin Asim 8 qızını diri-diri basdırıb.
Səhabələrdən hansının bu hərəkəti etməsi məni maraqlandırmır. Bu mövzunu araşdırmağı islam tarixçilərinin ixtiyarına buraxıram. Məni maraqlandıran ayrı şeydir: tarixləri bu qədər eyiblərlə dolu olan ərəblər bu gün Azərbaycana “bazlıq” turizminə gəlirlər. Bax, ölkəni bu hala gətirənlərin xoşqeyrətliliyi adama yer eləyir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: