Xəbər lenti


"Bu qatarın dalınca baxma"




““Artsax Xarici İşlər Nazirliyi”nin rəhbəri cəmi iki günlük un ehtiyatlarının qaldığını və vəziyyətin gündən-günə daha da mürəkkəbləşəcəyini deyib”.

 

Ovqat.com-un məlumatına görə, Strasburqun Qarabağ ermənilərinin “yardım”ına gələn erməni əsilli meri Janna Barseqyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında belə deyib.

 

O xatırladıb ki, meri olduğu Strasburq Avropa Şurasının və Avropa İnsan Haqları Məhkəməsinin qərargahının yerləşdiyi Avropanın paytaxtıdır.

 

Biz müraciətimizi Fransa prezidentinə, həm də Avropa strukturlarına, o cümlədən Avropa Şurasına göndəririk”, - deyən Barseqyan yenə köhnə “erməni soyqırımı” nağılı danışıb: “1915-ci il soyqırımından xilas olmuş şəxslərin nəvələri və nəticəsi kimi mənim üçün bir əsr sonra ermənilərin təqiblərə məruz qalması, layiqli yaşamaq və sadəcə var olmaq hüquqlarının pozulduğunu görmək qətiyyən qəbuledilməzdir”.

 

Qeyd edək ki, Fransanın Paris, İle-de-Frans, Auvergne-Rhône-Alpes, Hauts-de-France, Occitanie və Luara bölgəsi, həmçinin Marsel və Strasburq meriyası Qarabağa “humanitar yardım” adıyla Laçın keçid buraxılış məntəqəsinin qarşısına 10 maşın göndərib. Azərbaycan sərhədçilərinin izn verməməsi nəticəsində fransızların bu təşəbbüsü sadəcə şou göstərməkdən o tərəfə keçə bilməyib.

 

Qarabağ ermənilərinin “humanitar böhran” bəhanəsini çürütmək üçün Azərbaycan Qırmızı Aypara Cəmiyyəti Xankəndiyə 40 ton un göndərsə də, ermənilər bu yardımı almaqdan imtina ediblər, bununla da dərdlərinin aclıq yox, İrəvandan Qarabağa uzanan terror qapısını açmaq olduğunu təsdiqləyiblər.

 

 




Ana səhifəyə qayıt        Baxış: 3 456          Tarix: 30-08-2023, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma