Sabah Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək G20 Liderlərinin növbəti sammiti sabah başlayır.
Ovqat.com-un məlumatına görə, sammitdə Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin iştirak etməyəcəklər.
Hər il müxtəlif ölkələrdə və bu il Hindistanda keçirilməsi planlaşdırılan sammit “Bir Yer, Bir Ailə, Bir Gələcək” devizi altında fəaliyyətə başlayacaq.
Qlobal iqtisadi istehsalın 85 faizini, dünya ticarətinin isə 75 faizini əhatə edən və dünya əhalisinin üçdə ikisini özündə birlərinən G-20 ölkələrinin liderləri builki sammitin üç sessiyadan ibarət iclasda hərtərəfli qlobal iqtisadi islahatlar müzakirə olunacaq.
Bu il ilk dəfə Hindistanın rəhbərlik etdiyi toplantıda 21-ci əsrdə yaşıl inkişaf, texnoloji transformasiya və rəqəmsal ictimai infrastruktur və çoxtərəfli institutlar kimi məsələləri ön plana çıxaracağı gözlənilir. Bundan əlavə, iclasda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqlərin azaldılması məsələsi də gündəmə gətiriləcək.
G-20 Türkiyə, ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Böyük Britaniya və s. daxil olmaqla 19 ölkədən ibarətdir. Builki sammitə dünyanın ən güclü 20 iqtisadiyyatı arasında yer alan, lakin G-20-yə daxil olmayan İspaniya da qonaq qismində dəvət olunub. Bundan əlavə, məlumata görə, ev sahibi Hindistanın dəvətilə Afrika İttifaqı da tədbirə qatıla bilər.
G-20 liderlərinin zirvə toplantısında Rusiya və Çindən başqa iştirakçı dövlətlərin hamısının başçıları qatılıacaq. Çini sammitdə baş nazir Li Çanq, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
İddialara görə, Çin və Rusiya liderlərinin sammitə ən yüksək səviyyədə qatılmaması səbəbsiz deyil. Hindistanın baş naziri Narendra Modinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mübahisəli məsələdən yan keçməyə çalışaraq, G-20 sammitinin iqtisadi və maliyyə koordinasiyasını müzakirə edən forum olaraq qalmasını istəməsi belə görünür ki, Putinin ürəyincə olmayıb və onun sammitə qatılmamasına yol açıb. Mondinin fikrincə, Rusiya-Ukrayna müharibəsi kimi məsələlər BMT və digər bənzər beynəlxalq təşkilatlarda müzakirə olunmalıdır.
Çinə gəlincə, Hindistanla bu ölkə arasında ərazi iddiaları ilə bağlı anlaşmazlıqlar var. Belə bir məqamda Hindistanın Yaponiya, ABŞ və Avstraliyanın üzvü olduğu QUAD qrupuna üzv olması Pekinin narazılığını daha da artırıb. Çin bu təşəbbüsü özünün Asiyadakı təsirini cilovlamaq cəhdi kimi qiymətləndirir.
Qeyd edək ki, Çin, Hindistan və Rusiya BRİKS və Şanxay İttifaqının da üzvləridir. Sabahkı G-20 zirvəsində ortaya çıxan narazılıqların bu ittifaqlara da mənfi təsir göstərəcəyi güman olunur.
Paylaş: