Xəbər lenti


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Fransa, Almaniya, İran liderləri və ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkenlə telefon danışığı aparıb.

 

Ovqat.com-un məlumatına görə, Paşinyanın mətbuat xidməti bu barədə bildirib.

 

İdarənin iddiasına inansaq, baş nazir Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken telefon danışığında Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini qəbuledilməz hesab ediblər. 

 

Qeyd olunur ki, Paşinyan və Blinken Laçın dəhlizinin blokadası nəticəsində Qarabağda humanitar böhranın dərinləşməsi, Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ətrafında cəmləşməsi, eləcə də Ermənistan-Azərbaycan sərhədində artan gərginliyi müzakirə ediblər.

 

Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.

 

Baş nazir onu da qeyd edib ki, Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazırdır.

 

Öz növbəsində Antoni Blinken bütün məsələlərin dialoq və dinc diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb və ABŞ-ın bu istiqamətdə fəal səylərini davam etdirəcəyini qeyd edib.

 

Həmsöhbətlər regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

 

Qeyd edək ki, Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığında eyni sözləri təkrarlayıb.




Ana səhifəyə qayıt        Baxış: 5 288          Tarix: 9-09-2023, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma