Xəbər lenti


“Nikol Paşinyan Ermənistanın təbii və strateji müttəfiqlərimizə - İran və Rusiyaya düşmən olmaq üçün hər şeyi etdi”.

 

Ovqat.com-un məlumatına görə, bunu “Ana Ermənistan” alyansının lideri Andranik Tevanyan Şenqavit inzibati rayonunda vətəndaşlarla görüşündə deyib.

 

“Bütün dünyada müharibənin gəldiyini deyirlər. İndi də Nikol Paşinyan özünü yalançı alibi ilə təmin etmək planının bir hissəsi kimi ora-bura zəng edir və danışıqlara hazır olduğunu deyir, lakin bundan əvvəl Ermənistanın tək qalması üçün hər şeyi edib”, - Andranik Tevanyan bidirib.

 

Nikol Paşinyanın qəsdən və süni şəkildə ermənilərin strateji müttəfiqləri ilə münasibətləri gərginləşdirdiyini bildirən Tevanyanın fikrincə, onun məqsədi gözlənilən müharibə zamanı İrəvanın tək qalmasıını təmin etmək olub: “Hansı müddətdə olacağını bilmirəm, amma hər şey bizim regionda, xüsusən də Ermənistan ətrafında eskalasiyanın dərinləşməsinə gətirib çıxarır. Eyni şey Artsaxa da aiddir”.

 

O, vətəndaşları saatdan-saat inkişaf edən hadisələri fəal şəkildə izləməyə çağırıb.

 

“Bu gün bütün dünya Qafqaz regionuna baxır, amma biz deyəsən yatırıq. Bizim vəzifəmiz insanları oyatmaq olmalıdır”, - Andranik Tevanyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 5 478          Tarix: 9-09-2023, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma