Xəbər lenti


Mossad xarici kəşfiyyatının rəhbəri David Barnea Reichman Universitetində keçirilən təhlükəsizlik konfransında İrandan gələn təhdidlərlə bağlı açıqlamalar verib.

 

Ovqat.com-un məlumatına görə, Barnea İsrail və müttəfiqlərinin keçən il Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada 27 hücumun qarşısını aldığını bildirib.

 

Onun fikrincə, bu sui-qəsdlər İran tərəfindən planlaşdırılıb və istiqamətləndirilib.

 

"Mesajımız yüksək, aydın və qətidir", - deyən Barnea əlavə edib: "Hücum qrupları göndərməyə qərar verənlər, qüsura baxmayın, əmin olun, biz sizə çatacağıq və ədalət hər kəsin görəcəyi şəkildə öz yerini tapacaq. Bu, keçmişdə də sübuta yetirilib və biz bunu gələcəkdə növbəti mərhələyə keçirəcəyik”.

 

İsrailin sui-qəsdlərə qarışan agentlərin və onları göndərən komandirlərin arxasınca gedəcəyini ifadə edən Barnea vurğulayıb ki, "onlar İranın dərinliklərində, Tehranın göbəyində də olsa hesab verəcəklər".

 

İranı nüvə silahına sahib olmaqda ittiham edən İsrail onu “məhv etmək istəyən” Tehran hökumətini ən böyük düşməni kimi görür.

 

İran isə İsraili İrandakı nüvə alimlərinə və obyektlərinə hücumda ittiham edir.




Ana səhifəyə qayıt        Baxış: 5 885          Tarix: 10-09-2023, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma