Xəbər lenti


Hindistan avqust ayında Ermənistana ilk altı ədəd 155 mm-lik ATAGS artilleriya sistemini artıq təhvil verib.

 

Ovqat.com xəbər verir ki, bu barədə Hindistanın “Bharat Forge Limited” şirkətinin sədri Baba Kalyani “Indian Defense Research Wing” saytı açıqlamasında bildirib.

 

Məlumata görə, Ermənistan 155,5 milyon dollar dəyərində 90 ədəd ATAGS qurğusu sifariş verib. Müqavilə növbəti üç il ərzində bu tipli 84 yedəkli haubitsanın da mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur. Bildirilir olunur ki, “Bharat Forge” Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.

 

Bundan əvvəl KİV 2022-ci ilin noyabrında Ermənistanın Hindistandan artilleriya sistemləri partiyası sifariş etdiyini yazmışdı. Eyni zamanda nəşrlərdə 155 mm/39 MArG özüyeriyən haubitsaların tədarükü müzakirə olunub.

 

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonunda Hindistan və Ermənistan təqribən 244 milyon dollar məbləğində silah tədarükünə dair müqavilə imzalamışdılar. Müqaviləd Hindistan istehsalı olan Pinaka MLRS-nin ilk ixracat da nəzərdə tutulurdu.




Ana səhifəyə qayıt        Baxış: 5 082          Tarix: 14-09-2023, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma