Alp Arslan İmamqulu: “Bu, Moskvanın növbəti oyunudur”
Ermənistan Hindistandan almaq istədiyi 155 mm-lik “MArG” özüyeriyən haubitsalarının sınağını keçirib. Bu barədə yazan Hindistan mediası Ermənistan nümayəndə heyətinin iştirakı ilə sınaqların tam 40 gün davam etdiyini bildirib. Bu isə sınaq deyil, belə çıxır ki, erməni hərbçilər 40 gün müddətində haubitsalardan istifadəni öyrənib və praktikada təcrübədən keçiriblər.
Artıq bu haubitsaların Ermənistan tərəfindən sifariş edildiyi vurğulanıb, ancaq müqavilənin dəyəri açıqlanmayıb.
Erməni ekspert Leonid Nersisyan atəş məsafəsi 24 km olan və dağlıq ərazidə istifadəyə yarayan bu haubitsalardan Ermənistanın 70-100 ədəd ala biləcəyini deyib. Onun sözlərinə görə, ümumilikdə İrəvan 18 ədəd “Pinaka” reaktiv yaylım atəş sistemi (atış məsafəsi 70 km), çoxlu sayda tank əleyhinə sistemlər və s. almağı da planlaşdırır. Bu isə bütün müqavilələrin ümumi dəyərinin 500 milyon dollara qədər artırılması deməkdir.
Xatırladaq ki, bundan öncə Hindistanın Ermənistana 244 milyon dollarlıq silah verəcəyi bildirilsə də, sonradan bu rəqəm 260 milyona qaldırılmışdı.
Nersisyan bu “kiçik lüləli” haubitsaların Ermənistan ordusunu ciddi şəkildə gücləndirəcəyi gümanındadır.
Qeyd edək ki, Hindistan mediası ötən ilin noyabrında Ermənistana 155 mm-lik ATAGS haubitsaları satılacağını da yazmışdı. Bu günlərdə isə Ermənistan Hindistandan 21600 ədəd 155 mm-lik artilleriya mərmisi alıb. Bu haqda Hindistan mətbuatı yazıb. Bildirilir ki, mərmilərin tədarükü 2024-cü ilin sentyabrına qədər bitməlidir.
Keçən il iki ölkə arasında 245 milyon dollar dəyərində silah anlaşması imzalanıb. Ermənistanın habelə İrandan kamikadze-dronlar almağa hazırlaşdığı haqda məlumatlar yayılmışdı. Bəzi hərbi ekspertlərə görə, həmin dronlardan artıq nəinki Ermənistanda, Qarabağ anklavında da var. Kapitulyant ölkənin bu ilki hərbi büdcəsi rekord həddə - 1.2 milyard dollar həcmində nəzərdə tutulub.
Aydındır ki, Cənubi Qafqaz nəhəng siyasi iradə mərkəzlərinin maraqlarının kəsişdiyi regiondur. Bu mərkəzlər heç bir halda öz maraqlarından və mənafelərindən imtina etməyəcəklər. Bu isə o deməkdir ki, Cənubi Qafqaz daim dünyanın “qaynar nöqtə”lərindən biri kimi qalmaq təhlükəsi ilə üz-üzədir.
Yada salaq ki, 2020-ci ilin iyul-avqust aylarında Rusiya
açıq şəkildə Ermənistana silah daşımağa başlamışdı.
2020-ci il iyul ayının 17-dən avqust ayının 4-dək Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınmışdı. Qonşu Gürcüstan silahların özünün hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod (RF)-Aktau(QR)-Türkmənbaşı (TR)-Novşer-Rəşt (İİR) - Mehri - İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Çox təəssüflər ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verdi. Hər 3 ölkə o zaman ölkəmizlə yaxın siyasi və iqtisadi münasibətlərdə idi. Qazaxıstanla Türkmənistan bu gün də qardaş ölkədir; İranda milyonlarla soydaşımız yaşayı...
Belə görünür ki, o zaman Minvod-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan marşrutu üzrə Rusiyadan Ermənistana silah daşınmasının ifşa edilməsi Kremli bu dəfə öz dəstəyini pərdələməyə sürükləyib. Belə anlaşılır ki, Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırır.
Doğrudur, Ermənistanın əsas silah təminatçısı Rusiyadır, lakin siyahıda başqa dövlətlər də var.
Bəs Ermənistan niyə əsasən Hindistan istehsallı silahlara maraq göstərir?
Bəzi məmurlar xalqa deyil, özlərinə xidmət edirlər” – Alp Arslan İmamqulu
Tanınmış hərbi ekspert Alp Arslan İmamqulu “Yeni Müsavat”a deyib ki, Ermənistanın Hindistandan silah alması Rusiyanın növbəti oyunudur: “Rusiya indi də Ermənistanı Hindistan və İran vasitəsi ilə silahlandırır. Bu, təhdiddir və bu təhdid qarşısında da necə davranmalı olduğumuzu da zaman göstərəcək. İstənilən halda Azərbaycan bu silah alverinin qarşısını ala bilmir”.
Hərbi ekspert deyir ki, Ermənistanın uzaq mənzilli silahlar alması Azərbaycan üçün təhdiddir: “Ermənistan sülhdən danışıb müharibəyə hazırlaşır. 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın müharibə ssenarisinə baş vuracağı inandırıcı görünmür. Bu halda Ermənistanda ordu adına qalan qüvvə də məhv ediləcək. Ermənilərin bu gün Hindistandan, İrandan və Rusiyadan bu şəkildə dəstək almasına qarşı Azərbaycan tərəfi də silah bazasını genişləndirməlidir”.
Hərbi ekspertə görə, Azərbaycan antiterror əməliyyatlarına çox ciddi şəkildə hazırlaşmalıdır: “Bundan sonra Azərbaycan belə əməliyatları həyata keçirmək üçün daimi hazırlıq vəziyyətində olmalıdır. Bu, qaçılmazdır”.
Müsavat.com
Paylaş: