Xəbər lenti


“Ermənistan Azərbaycana eksklav və anklav məsələlərini həll etməyi təklif edir”.

 

Ovqat.com-un məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan dünən, noyabrın 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) İrəvanda keçirilən iclasında belə deyib.

 

O bildirib ki, Ermənistanın suveren ərazisinin bir hissəsi olan Artsvaşen (Başkənd) eksklavı 30 ildən artıqdır ki, Azərbaycanın işğalı altındadır”.

 

Hökumət başçısınin fikrincə, Ermənistanın Azərbaycanda ən yüksək himayə və rəsmi səviyyədə “Qərbi Azərbaycan” adlandırılması son dərəcədə şübhəli məsələdir. Üstəlik, Azərbaycan mediasında, məktəb və universitetlərində Ermənistan belə təqdim olunur.

 

Paşinyanın sözlərinə görə, bu, Ermənistana qarşı yeni hərbi təcavüzün təşkilinə hazırlıq kimi görünür və sülh prosesinin irəliləyişinə əsas maneələrdən biridir.

 

O etiraf edib ki, İrəvan və Bakı hələ də müxtəlif diplomatik dillərdə danışır və çox vaxt bir-birini başa düşmürlər.

 

Baş nazirin sözlərinə görə, bunun obyektiv səbəbləri var: “Müəyyən tarixi kontekstdə uzunmüddətli münaqişə, qohumlarının gözünün içinə baxmaq çox çətin olan minlərlə qurban, ailə üzvlərinin cavabı olmayan onlarla suallar, məhbuslar, onilliklər boyu hökm sürən nifrət və konstruktiv bəyanatlar altında gizlənən şübhələr, pis niyyətlər... Mənim indi və ya digər vaxtlarda dediklərim həm Ermənistana, həm də Azərbaycana aiddir”, - deyə Paşinyan vurğulayıb.

 

Azərbaycanın artıq razılaşdırılmış üç prinsipə heç vaxt açıq şəkildə istinad etmədiyini və ya bu prinsiplərə sadiqliyini təsdiqləmədiyini vurğulayan Paşinyan qeyd edib ki, bu kimi hallar inamsızlıq mühitini daha da gücləndirir.

 

Qeyd edək ki, Nikol Paşinyan mayın 22-də jurnalistlərlə görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın və 8 anklavın da bu kateqoriyaya şamil olunduğunu bildirmişdi: “Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisi ilə ərazi bütövlüyünü tanıyır və Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə Dağlıq Qarabağ da daxildir”, - deyən Paşinyan bildirmişdi ki, Ermənistanın da 29,8 min kvadrat km. ərazi var və Ararat rayonunun Kərki (Tiqranaşen) və Tavuşun 6 kəndi bura daxil deyil.






Ana səhifəyə qayıt        Baxış: 5 610          Tarix: 19-11-2023, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma