Fələstinli qrupların oktyabrın 7-də İsrailə qarşı başlatdığı “Əqsa tufanı” əməliyyatının hazırlanmasında şübhəli bilinən ölkələrindən biri də İrandır. Baxmayaraq ki, İran fələstinliləri sözlə dəstəkləsə də, bu əməliyyatdakı rolunu inkar edirdi. İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü general-mayor Ramazan Şərifin ölkənin İSNA xəbər agentliyinə verdiyi açıqlama isə sözügedən şübhələri təsdiqləyəcək mahiyyətdədir.
Ovqat.com-un məlumatına görə, R. Şərif müsahibəsində bölgədəki son hadisələr və Fələstindəki münaqişələrlə bağlı açıqlamalar verərək deyib: “Əl-Əqsa tufanı ABŞ və sionistlər tərəfindən general Süleymaninin öldürülməsinin intiqamlarından biri idi. Şübhəsiz ki, bu qisaslar müxtəlif zaman və məkanlarda davam edəcək”.
Briqada generalı Şərif ötən gün Suriyada İsrailin hücumu zamanı öldürülən briqada generalı Seyid Razi Musəvinin də “intiqamının alınacağını” iddia edib.
Qeyd edək ki, “Əl-Əqsa tufanı” noyabrın 7-də HƏMAS-ın İsrailə basqını zamanı yüzlərlə dinc sakini əsir alan və öldürən “əməliyyat”ın adıdır. SEPAH-ın Qüds briqadasının komandiri Qasın Süleymanı isə 2020-ci ilin ilk günlərində Bağdadda ABŞ-ın hava hücumlarına məruz qalaraq öldürülmüşdü. SEPAH generalı Ramazan Şərif “Əl-Əqsa tufanı”nı Qasım Süleymaninin “qisası” aldırmaqla faktiki bu basqının İran tərəfindən planlaşdırılıb həyata keçirildiyini etiraf edib.
Paylaş: