Xəbər lenti


 

ABŞ-ın İraqın Ənbar əyalətində təşkil etdiyi hücumda Həşdi Şabinin logistik dəstək bölmələrinə cavabdeh olan Abbas Deraci və daha 10 hərbçisi öldürülüb.

 

Ovqat.com-un məlumatına görə, bu barədə İraq mediası məlumat yayıb.

 

Bildirilir ki, ABŞ ordusu İordaniyada 3 əsgərin ölümü ilə nəticələnən hücuma cavab əməliyyatı başlatdı. İlk hava hücumunda Suriya və İraqdakı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri briqadası və İranın dəstəklədiyi şiə yaraqlılarına aid 85-dən çox hədəfin vurulub.

 

Yerli mənbələr bombardmanlar zamanı Həşd əş-Şabi tərkibindəki Hizbullah qruplaşmasının ağır itkilər verdiyini bildirirlər.

 

Məlumatda həmçinin, Qaim və Akkaşat bölgələrində Haşd əş-Şabiyə aid silah anbarlarının da hədəf alındığını qeyd edilir.

 

Təhlükəsizlik mənbələri F-16 döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının eyni anda hücumu nəticəsində təkcə Akkaşatda 10 binanın yerlə yeksan olunduğunu iddia edirlər.

 

İraqda İranın dəstəklədiyi şiə silahlı qüvvələri Nuceba Hərəkatının "Telegram" hesabında edilən paylaşımda Ənbar vilayətinin Akkaşat bölgəsindəki Haşd əş-Şabi silah anbarının ABŞ-ın hücumuna məruz qaldığı etiraf olunur.

 

Suriyanın Deyr əz-Zor əyalətində İrana yaxın qruplaşmalar da hava zərbələrinə məruz qalıb.

 

Deyr əz-Zorda törədilən partlayışda 3 iraqlının həlak olduğu deyilir.

 

Bombalanan ərazilərdə Əbu Əl Fadl Əl Abbas, İmam Əli və Əl Nuceba briqadalarının yaraqlılarının olduğu vurğulanır.

 

Suriya İnsan Haqları Müşahidə Qrupu Əl-Heydəriyyə bölgəsinə naməlum hava zərbələri nəticəsində ən azı 6 yaraqlının öldürüldüyünü, 4-nün isə yaralandığını açıqlayıb.

 

Suriyanın Mayadin şəhərindəki silahlı qruplar da hədəfə alınıb.

 

Qeyd edək ki, geniş miqyaslı hava hücumu barədə ABŞ Müdafiə naziri Lloyd Ostin də bəyanat verib. O, yanvarın 28-də İrana bağlı qüvvələrin İordaniyadakı ABŞ bazasına hücuma bu gün cavab verməyə başladıqlarını ifadə edərək bildirib ki, “bu, hələ başlanğıcdır”.

 

Ostin bildirib ki, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə və İraq və Suriyadakı milis qruplarına aid ən azı 85 hədəf hava zərbələri ilə vurulub.

 

"Bu, cavabımızın başlanğıcıdır. Prezident Bayden bizə SEPAH və ona bağlı qrupları ABŞ və Koalisiya qüvvələrini hədəf almaqdan məsul tutaraq əlavə addımlar atmağı tapşırıb", - deyən Ostin hücumların seçilən zaman və məkanlarda davam etdirəcəyini də vurğulayıb.

 

Ostin əlavə edib ki, onlar Yaxın Şərqdə münaqişə axtarmırlar, lakin Amerika əsgərlərinə qarşı hücumlara cavab verməyə davam edəcəklər.

 




Ana səhifəyə qayıt        Baxış: 5 907          Tarix: 3-02-2024, 07:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma